Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Komitəsinin sədri Sumqayıtda dini ibadətgahları ziyarət edib

    6 Fevral 2026 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Komitəsinin sədri Sumqayıtda dini ibadətgahları ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində yerləşən “Cümə”, “Ceyhun xanım və Hacı Əhməd” məscidlərinin, “Müqəddəs Sarovlu Serafim” kilsəsi və “Sumqayıt Yəhudiləri” dini icmasının ibadət evinin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verib.

    Görüşlər zamanı Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet istiqamətləri kimi ardıcıl şəkildə dəstəklənir. Vurğulanıb ki, dini sahədə həyata keçirilən dövlət siyasəti təsadüfi xarakter daşımır, milli maraqlara əsaslanan, düşünülmüş və uzunmüddətli strategiyanın tərkib hissəsi olmaqla cəmiyyətdə ideoloji bütövlüyün möhkəmləndirilməsinə, dini müxtəlifliyin milli həmrəyliyin əsas dayaqlarından birinə çevrilməsinə xidmət edir.

    Ramin Məmmədov qeyd edib ki, dövlət-din münasibətlərində tarazlığın qorunması, radikal meyillərə qarşı preventiv yanaşmanın tətbiqi və sağlam dini mühitin təşviqi Azərbaycanın sabitlik və təhlükəsizlik modelinin mühüm elementlərindəndir.

    Komitə sədri, eyni zamanda sosial şəbəkələrdə dini mövzuların məsuliyyətli və düşünülmüş şəkildə təqdim edilməsinin vacibliyinə toxunub. Bildirilib ki, rəqəmsal platformalar vasitəsilə dini biliklərin təhrif olunmuş formada yayılması cəmiyyət üçün ideoloji risklər yarada bilər. Bu baxımdan din xadimlərinin sağlam dini düşüncənin və milli-mənəvi dəyərlərin təbliğində fəal mövqe tutmasının əhəmiyyəti vurğulanıb, radikal və yad ideoloji təsirlərin qarşısının alınmasında sosial medianın maarifləndirici imkanlarından məqsədyönlü istifadənin önəmi qeyd edilib.

    Din xadimləri ölkədə formalaşmış birgəyaşayış ənənəsinin davamlı inkişafına, dini icmaların azad, qanunvericiliyə uyğun fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitə, habelə dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında tənzimlənməsinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

    #Azərbaycan #Prezident İlham Əliyev #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Sumqayıt #Ramin Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    29 Avqust 2026 13:05

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzalayıb

    27 Avqust 2026 15:42

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    27 Avqust 2026 11:28
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.