Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri və departament rəhbərləri sosial məsuliyyət yönümlü layihə çərçivəsində ölkədə fəaliyyət göstərən ilk inklüziv kafelərdən biri olan “Kaşalata”da olublar. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti məlumat yayıb. Tədbir zamanı nümayəndə heyəti xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı kafedə yaradılan şəraitlə yaxından tanış olub, gənclərin öz əlləri ilə hazırladığı şirniyyatların dadına baxıb. Görüş səmimi və isti atmosferdə keçib, qonaqlar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə vaxt keçiriblər.
#Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana dəri ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68,2 faiz azalaraq, 256 min 43 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub.
32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir. Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.
bp Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələrindən biri, realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvani haqqında nəşr olunmuş yeni kitabın çapına dəstək verib. Böyük sənətkarın anadan olmasının 200 illiyinə həsr edilən “Mirzə Qədim İrəvani: Parlaq rənglərin işığında” adlı kitab bp-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim olunub.
Azərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində 29-cuAzərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində 29-cu Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (EMITT 2026) iştirak edir. Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (EMITT 2026) iştirak edir.
Zakir Həsənov Əziz Nəsirzadə ilə görüşüb
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “İslamabadda məsciddə törədilən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan faciəvi terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Nazirliyin, onun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Layihənin nümayəndələrindən ibarət heyət Bosniya və Herseqovinada səfərdə olublar.
Fevralın 6-da Bakı şəhərində “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.
6 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov qiymətləndirmə sahəsinin uzun müddətdir diqqətdən kənarda qalması ilə bağlı məsələni Mərkəzi Bank rəhbərliyi ilə açıq şəkildə müzakirə etdiklərini bildirib. Asif İbrahimov Mərkəzi Bankda ölkənin aparıcı ekspertlərinin iştirakı ilə keçirilən ənənəvi görüş zamanı bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlərin də gündəmə gətirildiyini qeyd edib.