Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qiymətləndirmə sektoru Mərkəzi Bankda müzakirə mövzusu olub

    6 Fevral 2026 15:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qiymətləndirmə sektoru Mərkəzi Bankda müzakirə mövzusu olub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov qiymətləndirmə sahəsinin uzun müddətdir diqqətdən kənarda qalması ilə bağlı məsələni Mərkəzi Bank rəhbərliyi ilə açıq şəkildə müzakirə etdiklərini bildirib.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti məlumat yayıb.

    Asif İbrahimov Mərkəzi Bankda ölkənin aparıcı ekspertlərinin iştirakı ilə keçirilən ənənəvi görüş zamanı bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlərin də gündəmə gətirildiyini qeyd edib.

    Onun sözlərinə görə, görüşdə bank və sığorta sektorunda tətbiq edilən yeniliklər, korporativ idarəetmə standartları, pul-kredit və fiskal siyasət, devalvasiya riskləri, eləcə də bank sektorunda rəqabətin artırılması kimi məsələlər müzakirə olunub. Bununla yanaşı, əsas diqqət uzun müddətdir sistemli şəkildə tənzimlənməyən qiymətləndirmə sektoruna yönəlib.

    Asif İbrahimov bildirib ki, Mərkəzi Bank rəhbərliyinə ünvanladığı suallarda bank və sığorta sahəsində ardıcıl islahatlar aparıldığı halda, qiymətləndirmə sektoruna eyni yanaşmanın sərgilənməməsi xüsusi vurğulanıb.

    “Qiymətləndirmə sahəsi maliyyə sisteminin ayrılmaz hissəsi olsa da, bu sektor uzun illərdir institusional baxımdan kənarda qalır. Bu isə bank sistemi ilə sağlam inteqrasiyaya mane olur”, – deyə o qeyd edib.

    #Azərbaycan #Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin #Mərkəzi bank #Asif İbrahimov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19
    XƏBƏR LENTİ

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.