#Azərbaycan

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 16 milyon 759 min 61 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalaraq, 8 milyon 669 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. Belə ki, 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.

“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Artıq ənənə halını alan bu zirvə son üç il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan peşəkarlar üçün bilik mübadiləsi və aktual mövzuların müzakirə olunduğu önəmli platformaya çevrilib.

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb. Nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.