#Azərbaycan

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə birləşdirəcək. Tədbir “ABB Bank”ın bank sponsorluğu, “Başkent” və ‘Insure.az”ın sponsorluğu, “Markup Agency” və “Moon Group”un dəstəyi ilə keçirilir.

Hazırlıqlar çərçivəsində Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddokun yenidən qurulmasına start verilib. Paddok ənənəvi olaraq Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaları və sürücüləri diqqətli olmağa çağırıb, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkür edib.

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən bu gün səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir. Hazırkı vaxtadək 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar.

Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır. Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər