Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq. Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.
#Azərbaycan
Misirin Qahirə Universitetində dahi Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirilib. Təşəbbüs Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tərəfindən həyata keçirilib.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 1 vaqondan ibarət, çəkisi 68 ton olan qarabaşaq 24 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq məhsulları göndəriləcək.
Pakistan Cammu və Kəşmir məsələsində göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan millisi “FIFA Series - 2026” beynəlxalq turnirinin hazırlığına başlayıb. Yığmamız martın 27-si saat 19:00-da Sent Lüsiya, 30-u 19:00-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Qeyd edək ki, hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağı palatada) "Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı. Azərbaycanda siyasi məhbusların azad edilməsi" adlı kanton təşəbbüsü müzakirə olunub.
İrandan fevralın 28-i saat 8:00-dan martın 22-i saat 10:00-dək Azərbaycana ümumilikdə 2 921 nəfər təxliyə olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.
Ceyhun Bayramov ilə Baxtiyor Saidov arasında telefon danışığı baş tutub
Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb. Bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 20 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2853 nəfər təxliyə olunub. Belə ki, 720 Çin, 470 Azərbaycan, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcəzair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belaus, 10 Bolqarıstan, 10 Konqo, 9 ABŞ, 8 Braziliya, 8 Sudan vətəndaşı təxliyə olunub.