Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı

    22 Mart 2026 19:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağı palatada) "Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı. Azərbaycanda siyasi məhbusların azad edilməsi" adlı kanton təşəbbüsü müzakirə olunub.

    VOA xəbər verir ki, Milli Şura bu təşəbbüsü böyük səs çoxluğu ilə – 108 səsə qarşı 33 səslə rədd edib. İsveçrə parlamentinin Senatı (yuxarı palata) bu təşəbbüsü hələ ötən il rədd etdiyindən məsələ bağlanmış hesab olunur və artıq yenidən müzakirəyə çıxarıla bilməz.

    Bundan əlavə, ötən il Senatın xarici əlaqələr komitəsində bu məsələ müzakirə edilərkən, Azərbaycan-Ermənistan münasibətlərinə dair mövzuların gündəmə gətirilməməsi çağırışı səsləndirilib. Bildirilib ki, bu cür müzakirələr regionda uğurlu sülh prosesinə zərbə vurur.

    Beləliklə, İsveçrədə erməni diasporunun ölkənin qanunverici orqanında hər hansı nəticə əldə etmək istiqamətində son cəhdi uğursuzluqla nəticələnib.

    Bununla belə, daşnakların açıq təsiri altında olan yerli erməni təşkilatları Ermənistanda seçki ili ilə əlaqədar müxtəlif təbliğat aksiyalarından istifadə etməyə davam edir və Paşinyan hakimiyyətinin əsas üstünlüyü sayılan sülh prosesini zəiflətməyə çalışırlar.

    Belə ki, martın 18-də Cenevrə Mətbuat Klubunda "Beynəlxalq Xristian Həmrəyliyi" (CSI), "İsveçrə-Ermənistan Assosiasiyası" (l’Association Suisse Arménie), "Erməni Hüquqlarının Müdafiəsi Cəbhəsi" və özünü "Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsi" kimi təqdim edən qurum tərəfindən "İsveçrə, SOCAR və Cənubi Qafqaz: Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsünün ildönümü" mövzusunda mətbuat konfransı təşkil olunub.

    Tədbirdə SOCAR Trading şirkətinə qarşı şikayət səsləndirilib və iddia olunub ki, şirkət kommersiya fəaliyyəti vasitəsilə guya "Dağlıq Qarabağ regionundan erməni əhalinin çıxarılmasına" görə məsuliyyət daşıyan dövləti maliyyələşdirib.

    Bu, ölkədə erməni revanşist qüvvələrinin SOCAR-ın İsveçrədəki fəaliyyətinə qarşı yönəlmiş ilk hücumu deyil. Əvvəlkilər kimi, bu təşəbbüsün də uğursuzluğa məhkum olduğu qeyd olunur. Lakin bunun Ermənistanda seçkilərə qədər müəyyən təbliğat effekti yarada biləcəyi istisna edilmir. Müstəqil müşahidəçilərin fikrincə, sözügedən "şikayət" daha çox seçki xarakteri daşıyıb və heç bir hüquqi öhdəlik yaratmayıb.

    Eyni tədbirdə qeyd olunub ki, bir il əvvəl İsveçrə hökuməti Federal Məclisin (parlamentin) Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ xalqının nümayəndələri" arasında guya "sülh forumu"nun keçirilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib. Hər iki dövlətin belə bir təşəbbüsdə iştirak etmək istəməməsi səbəbindən bu qərarın verildiyi bildirilib. İsveçrə hökumətinin ABŞ-ın dəstəyi ilə aparılan real sülh prosesi əvəzinə Alp dağlarında hansısa "forum"un keçirilməsi təşəbbüsünü qətiyyətlə rədd etməsi tədbir iştirakçılarının narazılığına səbəb olub.

    Qeyd edək ki, əvvəlki oxşar tədbirlərdə İsveçrə parlamentinin üzvləri iştirak etdiyi halda, bu dəfə deputatlar erməni revanşistləri və radikal xristian qruplarının toplantısını görməzdən gəliblər.

    #Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47
    XƏBƏR LENTİ

    Makedoniyalı İsgəndərin ölümündən 2349 il ötür: Dünyanın ən böyük imperiyalarından birini quran sərkərdənin sirli sonu

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.