Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri "Cənub Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb. Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.
#Azərbaycan
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:
Hikmət Hacıyev və Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç arasında görüş keçirilib
Belə ki, bu müddətdə Azərbaycan vasitəsilə 723 Çin, 516 Azərbaycan, 343 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 184 Hindistan, 148 Pakistan, 80 Oman, 68 İndoneziya, 57 İran, 44 İtaliya, 30 Əlcəzair, 26 İspaniya, 24 Kanada, 24 Almaniya, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 12 Bəhreyn, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 7 Venesuela vətəndaşı təxliyə edilib.
İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Ligh"t markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,55 ABŞ dolları (6,6%) artaraq 121,25 dollar/barelə çatıb. Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin qiyməti 7,17 ABŞ dolları (6,7%) artaraq 114,41 dollar/barel olub.
OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb. Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda baş tutan aqrobiznes forumu çərçivəsində Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamlarının iştirakı ilə ikitərəfli (B2B və B2G) və çoxtərəfli görüşlər keçirilib.
2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu çərçivəsində təşkil olunan “Elm, Tədqiqat və Təhsil” adlı paneldə Azərbaycanda aqrar sahənin mövcud vəziyyəti, bu sahədə tədqiqat ekosistemi və elmi araşdırmaların kənd təsərrüfatının inkişafında roluna həsr olunan təqdimat keçirilib.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan "Coldiretti", eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən "Filiera Italia" Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.
2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil edib.