#Azərbaycan

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz artaraq, 1 milyon 270 min 74 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq, 742 min 63 dollara çatdırıb.

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda göndərilməsi planlaşdırılır. Ümumi çəkisi 488 ton olan 7 vaqon buğda Azərbaycan Respublikası ərazisindən Ermənistan Respublikasına daşınır. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas – Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub. Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir

2026-cı ilin fevral ayındaAzərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29 obyekt azdır. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyədə 124 min 549 mənzil satın alınıb ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 5,9 faiz çoxdur. Məlumata görə, 2026-cı ilin yanvar- fevral aylarında Türkiyədə 236 min 29 mənzil satın alınıb.