#Azərbaycan

“Əslində, bu, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyimiz fəaliyyətdir. Və əlbəttə ki, neft və qaz istehsal edən ölkə kimi demək olar ki, biz böhranların təsirlərini o qədər də kəskin hiss etmirik. Lakin eyni zamanda biz OPEC+ institutunun məsul iştirakçısıyıq və burada biz həmişə müxtəlif məsələlərin, o cümlədən keçmişdə üzləşdiyimiz böhranların həlli yollarının axtarılması tərəfdarı olmuşuq. Azərbaycan bu prosesə təkcə fəal töhfə verməklə kifayətlənməyib, həm də bir çox məsələlərdə vasitəçi kimi çıxış edib”, – deyə nazir qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb. ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları, akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,54 ABŞ dolları və ya 2,25 faiz artaraq bir barel üçün 115,55 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,9 dollar və ya 2,66 faiz bahalaşaraq 111,83 dollar olub.

Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatıb.