#Azərbaycan

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı bu gün Antalyada keçiriləcək. Toplantının əsas məqsədi TDT ölkələri arasında xarici siyasət koordinasiyasının gücləndirilməsi və aktual regional, eləcə də qlobal məsələlərin müzakirəsidir. Gündəlikdə xüsusilə Qəzzadakı vəziyyət və İranla bağlı proseslər ön plana çıxır.

Xəyali aləmə aparacaq sərginin əsas personajları təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar, fantastik varlıqlardı. Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi çərçivəsində yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün zərif bir tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Həmin sehrli kainat isə reallıqla təxəyyül dünyası arasındakı sərhədləri araşdıran dünyaşöhrətli rəssamlar - İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi sənətkarların yaradıcılığına istinadən ərsəyə gəlib.

Quba İş Adamlarına Dəstək Platformasının tərəfdaşlığı ilə “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda ödənişsiz seminar təşkil olunacaq. Seminar çərçivəsində Azərbaycanda tətbiq olunan İslam maliyyə alətləri, o cümlədən mudarəbə (sərmayə iştirakı) və murabaha (alqı-satqı əsasında maliyyələşmə) mexanizmləri, həmçinin bu məhsullara müraciət şərtləri izah ediləcək.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞ dolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 11,22 dollar və ya 13,3% azalaraq 73,20 dollar/barelə bərabər olub.

TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Türk Dövlətləri Nefrologiya Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresi” uğurla başa çatıb. Tədbirdə ölkənin tanınmış tibb mütəxəssisləri, türk dövlətlərinin baş nefroloqları, tanınmış professor və elm xadimləri ilə yanaşı, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri, Avropa Böyrək Assosiasiyasının yeni dövr üzrə rəhbəri həmçinin ABŞ və Yaponiyadan dəvət olunmuş nüfuzlu mütəxəssislər iştirak ediblər.

Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib. Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanı atom enerjisinin gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya biləcəyini bildirib. Məlumata əsasən, nazir qeyd edib ki, ölkənin enerji siyasəti resursların şaxələndirilməsinə əsaslanır və bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir.