Birləşmiş Ərəb Əmirlikləri cümə günü elan etdi ki, ABŞ və İran arasında baş verən atışmadan bir neçə saat sonra, Yaxın Şərqdəki müharibədə kövrək atəşkəsi təhdid edən bir vəziyyətdə, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan gələn raketlərə və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparır.
#Fars körfəzi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135” yanacaqdoldurma təyyarəsi Fars körfəzi üzərində hava məkanında həyəcan siqnalı göndərib.
"Axios" xəbər saytının ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Hörmüz boğazı və onun ətrafındakı strateji sularda mövqelərini gücləndirir. Bu addım, İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) boğazdan keçən kommersiya gəmilərinə və neft tankerlərinə qarşı mümkün hücum cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.
Müharibə müvəqqəti dayanıb, lakin “İranın ərəb ölkələrinə hücumunun qarşısının necə almaq olar” sualı ətrafındakı müzakirələr daha da güclənir. Artıq bölgədə ənənəvi çəkindirmə metodları öz qüvvəsini itirib. Bu, sadəcə nəzəri bir qeyd deyil; sürətlənən regional proseslər göstərir ki, Fars körfəzi yeni mərhələyə qədəm qoyub. İndi təkcə hərbi güc təhdidlərin qarşısını almaq üçün kifayət etmir, müharibədən qaçmaq isə hələ sabitlik demək deyil. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəs regional münaqişədə mühüm dönüş nöqtəsidir. Lakin bu, körfəz ölkələrinin təhlükəsizlik sistemində yeni alətlər və yollar axtarmasını zəruri edir. Bu gün şahidi olduğumuz proses "hərəkətin qarşısını almaq" məntiqindən, böhranların davamlı eskalasiya (gərginliyin artması) fonunda idarə edilməsi reallığına keçiddir.
Bəhreynin paytaxtı Manama və ətraf ərazilərdə son bir saat ərzində artıq ikinci dəfə xəbərdarlıq sirenləri səslənib. Ölkənin Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı təcili bəyanat yayıb.
Qətər neft tankerinə raket zərbəsi ilə bağlı rəsmi açıqlama verilib. Qətər Müdafiə Nazirliyi İran tərəfindən buraxılan raketin ölkənin ərazi sularında hərəkətdə olan neft tankerinə isabət etdiyini bildirib. Hələlik hücum nəticəsində insan tələfatı və ya ekoloji zərər barədə ətraflı məlumat açıqlanmayıb. Rəsmi qurumlar hadisənin təfərrüatlarını araşdırır.
Küveyt bayrağı altında üzən “Al-Salmi” neft tankeri Dubay sahilləri yaxınlığında İran tərəfindən hücuma məruz qalıb. Hadisə regionda son dövrlərdə artan raket və pilotsuz uçuş aparatları hücumlarının davamı kimi qiymətləndirilir. Yanğının qısa müddətdə nəzarətə alındığı, həmçinin neft sızmasının qarşısının alındığı bildirilir.
Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib. Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.
Fars körfəzi regionu neft ticarətinin dünya üzrə ən həssas nöqtələrindən biri kimi tanınır. Hazırda qlobal neft daşımalarının təxminən 30 faizi Hörmüz boğazından keçir. Boğazın hərbi risklərə, siyasi təhdidlərə və blokada təhlükəsinə açıq olması Körfəz ölkələrini alternativ marşrut axtarışına sövq edir. Bu kontekstdə Səudiyyə Ərəbistanında irəli sürülən genişmiqyaslı “Salman Kanalı” layihəsi regionun geoiqtisadi xəritəsini dəyişə biləcək təşəbbüslərdən biri kimi qiymətləndirilir.
İran, Oman Dənizi və Fars Körfəzi sularını boru xətti ilə İsfahan bölgəsinə çatdırmağı nəzərdə tutan “Dəniz Suyunu Orta Platolara Daşıma Layihəsi”nin üçüncü mərhələsinə start verib. İran Prezident Məsud Pezeşkian layihənin 800 kilometrlik Sircan–İsfahan hissəsinin açılışını edib. Layihə, xüsusilə İsfahandakı polad sənayesinin su ehtiyacını qarşılamaq məqsədi daşıyır və Mubarek Polad Şirkətinin dəstəyi ilə həyata keçirilir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, general-mayor Məhəmməd Pakpur bildirib ki, Fars Körfəzi bölgəsində və ölkənin cənub sahillərində hər hansı düşmən hərəkəti sürətli və sarsıdıcı cavabla qarşılanacaq.
İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının xarici işlər nazirlərinin yekun bəyanatında yer alan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı irəli sürülən iddiaları rədd edərək, onların “əsassız və yalan” olduğunu bəyan edib. İran, Ərəb Liqasının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı pisləməsini alqışlayaraq, təşkilatı İslam-Ərəb həmrəyliyini möhkəmləndirməyə və diqqəti əsas məsələdən – İsrailin regiondakı işğal və cinayətlərindən yayındıracaq addımlardan çəkinməyə çağırıb.