#İran Xarici İşlər Nazirliyi

İran Xarici İşlər Nazirliyi ABŞ ilə mümkün aralıq razılaşma barədə yayılan məlumatları əsassız adlandırıb. Sözçü ABŞ nümayəndəsi Stiv Uitkof tərəfindən İranın nüvə silahı əldə etməyə yaxın olduğu barədə səsləndirilən fikirləri də rədd edib. Onun sözlərinə görə, ABŞ rəsmilərinin ziddiyyətli bəyanatları yeni deyil və bu məsələyə qiyməti İran ictimaiyyəti və regional siyasi dairələr verməlidir.

Venesuelanın xarici işlər naziri Yvan Gil Pinto ABŞ-ın ölkəsinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni qınadığına görə İrana təşəkkür edib. Yvan Gil Pinto İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin mətbuat konfransında Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin oğurlanması ilə bağlı səsləndirdiyi fikirlərin bir hissəsini rəsmi X hesabında paylaşaraq Tehranın mövqeyini yüksək qiymətləndirib.

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.