#Sidney hava limanı

Suriyadakı düşərgələrdən Avstraliyaya qaytarılan və İŞİD terror təşkilatı ilə əlaqəli olduqları bildirilən bir qrup qadın ölkəyə daxil olduqdan sonra həbs təhlükəsi ilə üz-üzədir. Dörd qadın və doqquz uşaq bu gün axşam saatlarında Avstraliyanın Sidney və Melburn şəhərlərinə çatacaq. Onların Suriyadakı qaçqın düşərgələrindən Qətərin paytaxtı Doha üzərindən təxliyə edildiyi bildirilib.

İstanbul Hava Limanı ilə Avstraliyanın Sidney Hava Limanı arasında “Qardaş Hava Limanı” sazişi imzalanıb. Bu barədə İstanbul Hava Limanının operatoru İGA məlumat yayıb. Saziş çərçivəsində iki hava limanı arasında sərnişin və yük daşımalarının artırılması, hava nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi və ortaq destinasiya tanıtımı məqsədilə strateji əməkdaşlıq qurulub.