İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında paylaşım edib. Dövlət başçısı sosial media hesabında paylaşdığı açıqlamada, “İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm,” – deyib.
#Türkiyə Milli Təhlükəsizlik Şurası
Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə mümkün olacaq rifaha töhfə vermək üçün sarsılmaz öhdəliyini bəyan edib.
İclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib.