Türkiyənin Antalya şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatı aşkarlanıb. Bildirilib ki, araşdırmalar zamanı şübhəlilərin qanunsuz resept yazaraq və əlaqəli apteklər vasitəsilə sintetik dərmanları satdıqları müəyyən edilib. Onların bu fəaliyyəti nəticəsində narkotik dövriyyəsi təşkil etdikləri qeyd olunub.
#Narkotik alverinə qarşı beynəlxalq əməliyyat
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbul mərkəzli 14 vilayətdə sosial media və anlıq mesajlaşma platformaları üzərindən narkotik ticarəti edənlərə qarşı keçirilən əməliyyatlarda 305 şübhəlinin yaxalandığını bildirib. İstanbul Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsi siber patrul qrupları ilə koordinasiyalı şəkildə apardığı 5 aylıq texniki və fiziki təqibdən sonra bu nəhəng əməliyyata imza atıb. İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə narkotik ticarətini rəqəmsal platformalara daşıyan şəbəkələr tamamilə ifşa edilib.
Türkiyənin 24 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində külli miqdarda narkotik maddə aşkar olunub. Türkiyə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə son 10 gündə həyata keçirilən bu tədbirlərin uğurla yekunlaşdığını bildirib. Narkotik cinayətkarlığına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik maddə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əməliyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 144 nəfər saxlanılıb.
Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu narkotik vasitələrin istehsalı və ticarətində ittiham olunan 23 nəfərin saxlanılması barədə qərar çıxarıb. Baş Prokurorluğun açıqlamasına əsasən, əksəriyyəti küçə satıcıları olan şübhəlilərin tutulması üçün İstanbulun müxtəlif rayonlarında və Muş şəhərində genişmiqyaslı əməliyyat başladılıb. İstanbul İl Jandarma Komutanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə verilən təlimat çərçivəsində Esenyurt, Fatih, Avcılar, Büyükçekmece, Güngören və Beylikdüzü daxil olmaqla ümumilikdə 33 ünvanda axtarışlar aparılır.
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı jandarma tərəfindən son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, ölkənin 63 vilayətində keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə edilib.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Gömrük Mühafizə qrupları tərəfindən Kapıkule və İpsala gömrük-keçid məntəqələrində həyata keçirilən iki ayrı əməliyyat zamanı ümumi dəyəri təxminən 319 milyon 844 min Türkiyə lirəsi olan 525 kiloqram marixuana ələ keçirilib. Edirne və İpsala Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarələrinin əməkdaşları tərəfindən narkotik cinayətlərlə mübarizə çərçivəsində aparılan risk analizi və hədəfləmə işləri nəticəsində Kapıkule və İpsala gömrük məntəqələrinə gələn iki yük avtomobili şübhəli sayılaraq nəzarətə götürülüb.
Çoxmillətli Dəniz Qüvvələri (Combined Maritime Forces – CMF) çərşənbə axşamı bəyan edib ki, Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ərəb dənizində 972 milyon dollardan çox dəyərində narkotik maddə ələ keçirib. 47 ölkədən ibarət olan bu beynəlxalq dəniz koalisiyasına Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və İspaniya da daxildir. CMF-in bəyanatında bildirilib ki, Pakistan dəniz qüvvələrinin əməkdaşları şənbə günü birinci yelkənli qayıqa çıxaraq 2 tondan çox “kristal metamfetamin” müsadirə ediblər. Əldə olunan maddənin dəyəri təxminən 822,4 milyon dollar təşkil edir.
Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, əməliyyat nazirliyinin İnterpol‑Europol Dairəsi, Narkotik Cinayətlərə Qarşı Mübarizə və Kəşfiyyat İdarələri, BƏƏ təhlükəsizlik qurumları və İstanbul Baş Polis İdarəsinin birgə koordinasiyası ilə həyata keçirilib.
İstanbulun Ümraniyə və Tuzla rayonları, həmçinin Kocaelinin Gebze bölgəsində həyata keçirilən əməliyyatlar zamanı 3 milyon 40 min 771 ədəd narkotik həblə 52,5 kiloqram qatqı maddəsi ələ keçirilib. Əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinatorluğu və İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin iştirakı ilə aparılıb.
Türkiyənin 72 şəhəində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.
İstanbul mərkəzli olmaqla ölkənin 6 şəhərində və Norveçin paytaxtı Osloda aparılan narkotik əməliyyatları nəticəsində ümumilikdə 365 kiloqram narkotik vasitə ələ keçirilib, 26 nəfər saxlanılıb.