Şimali Koreya lideri Kim Çen Inın dünən paytaxt Pxenyanda izlədiyi təlimdə hipersəsli raketin buraxıldığı bildirilib. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya ordusuna bağlı “böyük atəş gücü hücum qrupuna” daxil olan alt bölmə “ölkənin müharibə çəkindirmə qabiliyyətini və silah sistemlərinin hazırlıq səviyyəsini sınaqdan keçirmək məqsədilə” dünən raket buraxılışı üzrə təlim keçirib. Kim Çen Inın şəxsən nəzarət etdiyi təlim zamanı hipersəsli raket Pxenyandan şimal-şərq istiqamətinə buraxılıb və Yapon dənizindəki (Şərq dənizi) hədəfləri 1000 kilometr məsafədən vurub.
#Kim Çen In hərbi strategiya
Məlumata əsasən, bazada bir briqada gücündə hərbi hissə yerləşdirilib. Onlar altı–doqquz ədəd nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket və onların mobil buraxılış qurğuları ilə silahlanıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu raketlər həm Şərqi Asiya ölkələri, həm də ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.
, Kim ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimlərini ölkəsinə qarşı “düşmən mövqeyi” adlandıraraq, təhlükəsizlik baxımından nüvə arsenalının sürətləndirilməsinin vacibliyini vurğulayıb. KCNA-nın məlumatına görə, Kim ölkənin 5 min ton ağırlığında Choe Hyon gəmisinin silah sistemi sınaqlarını yoxlayıb. ABŞ və Cənubi Koreya isə Şimali Koreyanın təhdidlərinə cavab olaraq illik müdafiə təlimlərinə başlayıb.Təlimlərin avqustun 28-dək davam edəcəyi bildirilir.