#BBC kanalı

BBC tərəfindən yayımdan çıxarılan “Qəzza: Hücum Altında Həkimlər” sənədli filmi televiziya üzrə “Bafta” mükafatına layiq görülüb. Filmin yaradıcıları mükafatlandırma mərasimində çıxış edərək BBC-ni sərt şəkildə tənqid ediblər. Qəzzadakı fələstinli səhiyyə işçilərinin şahid ifadələrini əks etdirən film daha sonra “Channel 4” telekanalında yayımlanıb. Mükafat qazanan layihə BBC-nin qərarı ilə bağlı beynəlxalq media müzakirələrini yenidən gündəmə gətirib.

ABŞ Prezidenti Donald Tramp 6 yanvar 2021-ci ildə etdiyi çıxışın bir sənədli filmdə montaj olunma formasına görə Böyük Britaniyanın ictimai yayım qurumu BBC-yə qarşı 5 milyard dollarlıq böhtan iddiası qaldırıb. Tramp həmçinin Florida ştatının ticarət təcrübələri haqqında qanununun pozulduğu iddiası ilə əlavə olaraq daha 5 milyard dollar tələb edir. Florida ştatında məhkəməyə təqdim edilən iddia ərizəsində bildirilir ki, BBC-nin Panorama sənədli filmində Trampın çıxışının müxtəlif vaxtlarında səsləndirdiyi cümlələr “qəsdən, pis niyyətlə və aldadıcı şəkildə təhrif edilərək” onun barəsində böhtan xarakterli təqdimat yaradılıb.