Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn BMT Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı kritik vəziyyət barədə məlumat verib. Peeperkorn bildirib ki, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, avqustun 15-dən etibarən Qəzza şəhərində aclıq rəsmi olaraq təsdiqlənib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitdədir. Bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclığın təsdiqi sayılır. ÜST rəsmisi vurğulayıb ki, təkcə 2025-ci ildə qida çatışmazlığı səbəbindən 206 nəfər həyatını itirib və vəziyyət sürətlə pisləşməkdə davam edir. Peeperkorn IPC təhlilinə əsaslanaraq, 2026-cı ilin iyun ayına qədər ən azı 132 min uşaq yüksək qidalanma riski altında olacaq. Bu rəqəm, 2025-ci ilin may ayındakı IPC proqnozları ilə müqayisədə iki dəfə artmışdır.
#Susuzluq və aclıq
Qəzza zolağında qadınlar və qız uşaqları ciddi aclıq və qıtlıq təhlükəsi ilə üz-üzədir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) "X" sosial şəbəkəsində məlumat verib.
İsrailin davam edən hücumları və bölgəyə tətbiq etdiyi blokada nəticəsində Qəzza zolağında humanitar böhran daha da dərinləşir. Qida çatışmazlığı və tibbi yardımın məhdudluğu səbəbindən aclıq halları artmaqdadır. Qeyd edək ki, BMT və beynəlxalq humanitar təşkilatlar Qəzzada aclıq riskinin kritik həddə çatdığını və bölgəyə təcili yardım göstərilməsinin vacibliyini dəfələrlə vurğulayıblar.
Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb. Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
İsrailin hücumları və sanksiyaları səbəbindən aclıq yaşanan Qəzza Zolağında son 24 saatda 5 fələstinli daha aclıqdan dünyasını dəyişib, aclıq səbəbindən ölənlərin sayı 193-ə çatıb. Qəzza Sağlamlıq Nazirliyinin baş direktoru Munir əl-Burş sosial media hesabında Qəzzada aclıqdan həyatını itirənlər barədə məlumat verib. İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt blokadası altında olan Qəzza Zolağı aclığın yayıldığı, su, dərman, tibbi vasitələr və gigiyena mallarının çatışmadığı humanitar fəlakətlə üzləşib.
Qəzza zolağındakı Fələstin hökuməti bildirib ki, İsrailin "soyqırım və aclıq" siyasəti səbəbindən uşaq qidası və qida əlavələri çatışmazlığı 100 mindən çox uşağı kütləvi ölüm riski ilə üz-üzə qoyub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə Alt Regional Koordinatoru və Türkiyə nümayəndəsi Viorel Qutu dünyada ərzaq təhlükəsizliyinin vəziyyətinə dair narahatedici statistika açıqlayıb.
BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzada mövcud yanacaq blokadasının davam etməsinin fəlakətli nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.