Azərbaycan və Türkiyə arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan uzunmüddətli saziş imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, razılaşma iki gün əvvəl əldə olunub və Xəzər dənizində yerləşən Abşeron qaz yatağını əhatə edir. Onun sözlərinə görə, saziş çərçivəsində Abşeron yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il müddətində Türkiyəyə qaz tədarükü həyata keçiriləcək
#Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 13,2 milyard kubmetr qaz ötürülüb. Bu barədə AzerVoice Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 206,1 milyon kubmetr və ya 1,5% azdır.