#Bakı Dövlət Universiteti

Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.

16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.