2026-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 28 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 127 milyon türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyata alınıb.
#Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı
2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
2025-ci ilin yanvar- may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 şirkət azdır.