Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzədəki vəziyyət, Həmas və ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlar barədə ətraflı məlumat verib. Ərdoğan bildirib ki, Türkiyə illərdir Qəzzədə qan tökülməsinin dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin olunması üçün çalışır. “Fələstinlilər yaxşı bilirlər ki, Türkiyə onların maraqlarını qoruyur və müdafiə edir. Qəzzədə baş verən faciənin dayandırılması üçün daim səylər göstəririk. HƏMAS-la mütəmadi əlaqədəyik və Fələstinin gələcəyi üçün ən düzgün addımların hansı olmalı olduğunu izah edirik.”-deyə Ərdoğan bildirib.
#Rəcəb Tayyib Ərdoğan
Cənubi Qafqazdakı hadisələri sadəcə izləməklə yetinmirik, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünda çıxışı zamanı deyib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Məlumata əsasən, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək. Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir. "Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanbeylidə keçirilən toplu açılış və təməlqoyma mərasimində çıxış edərək Qəzzədə davam edən humanitar böhrana diqqət çəkib. Ərdoğan bildirib ki, iki ildən bəri bölgədə yaşanan “soyqırımın” dayandırılması üçün Türkiyə humanitar yardımdan diplomatik kanallara qədər bütün imkanlarını səfərbər edib
Qəzzada uşaqlar aclıqdan ölərkən, beynəlxalq sularda yardım daşıyan mülki gəmilərə hücum İsrail hökumətinin insanlıq cinayətlərini gizlətmək üçün hansı vəhşət içində olduğunu göstərir. Ərdoğan əlavə edib ki, Türkiyə donanmadakı bütün iştirakçıların yanındadır və onların təhlükəsizliyi üçün bütün tədbirlər görülür. Çıxışında partiyasının fəaliyyət yoluna da toxunan Ərdoğan, AK Partiyanın 2001-ci ildə yaradıldığını, amma köklərinin Malazgird, Söğüt, Çanaqqala kimi tarixi məkanlara dayandığını xatırladıb.
1967 sərhədləri üzərində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti qurulana qədər mübarizəmiz davam edəcək. Ərdoğan bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dönəm 4-cü qanunvericilik ili açılış toplantısında səsləndirib.
İstanbul Şəhər İcra Hakimiyyəti, "Ailə İli" çərçivəsində həyata keçirilən "Evlənəcək Gənclərin Dəstəklənməsi Layihəsi" ilə şəhərdə 4 min 45 cütlüyə ümumilikdə 606 milyon 750 min lirə məbləğində faizsiz kredit verildiyini bildirib. İcra hakimiyyəti sosial media hesabında verilən açıqlamada qeyd olunub ki, 2025-ci ilin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə “Ailə İli” elan edilməsinin ardından Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihə çərçivəsində, 13 mart tarixindən bu günə qədər İstanbulda 4 min 45 cütlük layihədən yararlanaraq ailə həyatı qurub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu, korrupsiya istintaqları səbəbilə sıxışdığı üçün hakimiyyətini qorumaq naminə regionu və dünyanı alova sürükləyir. Ərdoğan bu fikirləri Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. “Torpaqlarını, azadlıqlarını və şərəflərini qoruyan Fələstin xalqının yanında qəti şəkildə dayanırıq”, – deyə Ərdoğan vurğulayıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illər Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub.Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı olaraq artan səviyyədədir.
Türkiyə bu ilin ilk 6 ayında turizmdə bütün dövrlərin ən yüksək 6 aylıq gəlir göstəricisinə nail olunub.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Dünya Turizm Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Ərdoğan paylaşımında bir çox sahələri dəstəkləyən, zəncirvari əlavə dəyər yaradan və yüksək məşğulluq təmin edən "bacasız sənaye" – turizm sektorunun Dünya Turizm Gününü təbrik edib.