Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Suriya
    Suriya

    Suriyada sanksiyalar qaldırılmalıdır - Əhməd Əl- Şaraa

    11 Fevral 2025 15:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyada sanksiyalar qaldırılmalıdır - Əhməd Əl- Şaraa
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Suriya Prezidenti Əhməd Əl-Şaraa ölkəsinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, Prezident Şaraa Dəməşqdə verdiyi müsahibədə beynəlxalq sanksiyaların ölkənin bərpasına və iqtisadi inkişafına ciddi maneə yaratdığını qeyd edib.

    O əlavə edib ki, Suriya uzun illər davam edən münaqişədən sonra çətin vəziyyətdədir və iqtisadiyyatın yenidən qurulması üçün xarici investisiyalara və əməkdaşlığa ehtiyac var.

    Fələstin məsələsinə toxunan Şaraa, Fələstin xalqının torpaqlarını tərk etməməkdə israrlı olduğunu vurğulayaraq, "Heç bir güc insanları öz torpaqlarından köçürməyə məcbur edə bilməz. Tarix boyu buna cəhd edilib, lakin heç biri uğur qazanmayıb, xüsusilə də son Qəzza münaqişəsində"- deyə bildirib.

    Beynəlxalq siyasətlə bağlı fikirlərini bölüşən Şaraa, ABŞ Prezidenti Donald Trampın bölgədə sabitlik yaratmaqla maraqlandığını və bunun müəyyən mənada ümidverici bir addım ola biləcəyini qeyd edib. O, Trampın Rusiya və Ukrayna arasındakı münaqişənin həllində də mühüm rol oynaya biləcəyinə diqqət çəkib.

    Suriyaya qarşı sanksiyalarla bağlı fikirlərini bölüşən Şaraa bildirib ki, bu sanksiyalar ölkənin inkişafına və əhalinin rifahına ciddi maneələr törədir.

    Ölkədə sabitliyin təmin olunmasının iqtisadi inkişafdan asılı olduğunu bildirən Şaraa , "İqtisadi inkişaf olmadan sabitlik mümkün deyil. Sabitlik olmadıqda isə xaos və qeyri-müəyyənlik artır. Bütün bu problemlər bir-biri ilə sıx bağlıdır və kompleks şəkildə həll olunmalıdır." - deyə qeyd edib.

    #Türkiyə #Əhməd Əl-Şaraa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    6 İyun 2026 14:31

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48
    XƏBƏR LENTİ

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    Netanyahu və Tramp arasında telefon danışığı olub

    Məsud Pezeşkian: İran nə mübarizədən, nə də danışıqlardan geri çəkilir

    Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

    İran millisinin futbolçuları məktəb hücumunda həlak olanların xatirəsini yad ediblər

    İran: İsrail son hücumlardan nəticə çıxarmalıdır

    İran İsrailə qarşı əməliyyatların dayandırıldığını açıqladı

    Livan baş naziri: İsrail atəşkəsdən sonra Livana təxminən 3 500 hava zərbəsi endirib

    Tramp: İsrail və İran atəşkəsə doğru irəliləyir

    İsrail zərbələri nəticəsində Livan təhlükəsizlik qüvvələrinin 29 əməkdaşı həlak olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.