İslam və həyat: Şəriət sualları

“Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki xalqların vəziyyəti, sizdən sonra qiyamətə qədər zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər, həmçinin aranızda baş verən hadisələrlə (iman-küfr, haram-halal və s.) bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir.”

Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.

Ramazan ayı müsəlmanlar üçün böyük mənəvi əhəmiyyətə malikdir, lakin bu müqəddəs ay ağız və diş sağlamlığı baxımından bəzi çətinliklər yarada bilər. Səhərdən axşama qədər yemək və içməkdən çəkinmək, ağız boşluğunda müəyyən dəyişikliklərə səbəb olur ki, bu da diş və diş əti sağlamlığına təsir edə bilər. Elmi tədqiqatlar orucluğun ağız sağlamlığına təsirini araşdıraraq, bu problemlərin qarşısını almaq üçün faydalı tövsiyələr təqdim edib.

Hər il hicri-qəməri təqvimi ilə icra etdiyimiz Ramazan ayı bu il miladi təqvimlə mart ayına təsadüf edir. Ramazan orucu Allahu-təala tərəfindən həddi-büluğ yaşına çatmış hər bir müsəlman kişi və qadına vacib (fərz) qılınmışdır. Hz. Adəmdən Hz. Məhəmmədə (s.a.s) qədər bütün peyğəmbərlərin şəriətində mövcud olan bu ibadət, insanı mənəvi cəhətdən təmizləyən müqəddəs bir vəzifədir.