UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Qarabağ” FK öz meydanında Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunu hollandiyalı FIFA referisi Danni Makkeli idarə edəcək. Ağdam təmsilçisi cavab oyununa üstün mövqedən çıxır. İlk oyunda səfərdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə qolunu penalti zərbəsindən Toral Bayramov vurmuşdu. Bu nəticə “Qarabağ”a mərhələ adlamaq üçün bu gün heç-heçəyə belə kifayət qədər imkan verir.
İdman
Fenerbahçe, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Hollandiyanın Feyenoord komandasını Kadıköy stadionunda qəbul edəcək. Avropada 49-cu mövsümünü keçirən Fenerbahçe, son illərdə öz meydanında Avropa komandalarına qarşı üstünlük əldə etməyi bacarıb. Son 3 mövsümdə Avropa turnirlərində qrup mərhələsini keçən İstanbul təmsilçisi, bu dövrdə bir dəfə 1/4 finalda, iki dəfə isə 1/8 finalda mübarizə aparıb.
Çelsi ilə RB Leypsiq arasında Xavi Simonsun transferi ilə bağlı aparılan danışıqlar, Christopher Nkunkunun mübadilə ehtimalı ilə yeni bir mərhələ qazanıb. İddialara görə, Leipzig, Mançester Yunaytedda keçən Benjamin Seskonun yerini sabiq hücumçusu Nkunku ilə doldurmaq istəyir. Çelsi, hollandiyalı hücum oyunçusu Xavi Simons üçün Leypsiq ilə danışıqları davam etdirir. Müzakirələr çərçivəsində Nkunku-nun da transferin bir hissəsi kimi keçmiş klubuna qayıda biləcəyi ehtimalı gündəmə gəlib.
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, İsrailin Qəzza zolağında hərbi cinayətlər törətdiyini bildirib və ölkənin futbol yarışlarından kənarlaşdırılmasını tələb edib. Albanese X platformasında UEFA-nın əl-Obeidin ölümünə dair paylaşımına istinad edərək, “UEFA, qatillərini yarışlarımızdan qovmağın vaxtıdır. Gəlin idmanımızı ayrı-seçkilik və soyqırımdan təmizləyək” sözlərini yazıb.
“Kristal Pelas” klubu İngiltərə Superkuboku matçında penaltilər seriyasında “Liverpul”u məğlub edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmaila Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4) və Ceremi Frimponq (21) vurub. Penaltilərdə “Kristal Pelas” 3:2 hesabı ilə üstün olub.
Türkiyə Futbol Federasiyasının statistikalarına əsasən, Süper Liq tarixində ən çox xal toplayan komandalar siyahısı yenilənib. Siyahıya 4438 xalla Fenerbahçe klubu liderlik edir. Sarı-lacivərtliləri 4401 xalla Galatasaray, 4215 xalla isə Beşiktaş izləyir. Dördüncü pillədə 3035 xalla Trabzonspor, beşinci sırada isə 2191 xalla Bursaspor qərarlaşıb. Ankaragücü 2176 xalla altıncı, Gençlerbirliği 2071 xalla yeddinci sıradadır.
İngiltərə Premyer Liqa klublarından “Mançester Yunayted” Braziliyanın “İnternasional” klubunun gənc hücumçusu Rikardo Matiasla maraqlanır. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçunu izləmək üçün Marakana stadionuna skaut heyəti göndərib.
Bu mövsüm 68-ci yaşına qədəm qoyacaq – əvvəllər "Türkiyə 1-ci Futbol Liqası", son illərdə isə "Süper Liqa" adı ilə tanınan yarışın indiyə qədər qeydə alınan ən erkən qolu, 2021–2022 mövsümündə Gaziantep FK futbolçusu Muhammet Demir tərəfindən vurulub. 2021–2022 mövsümünün 6-cı turunda, 22 sentyabr 2021-ci ildə Kalyon Stadionunda keçirilən Gaziantep FK – Medipol Başakşehir (1:0) qarşılaşmasının cəmi 10-cu saniyəsində qapını dəqiq nişan alan Muhammet Demir, liqa tarixində indiyədək vurulmuş ən erkən qolu qeydə alıb.
Keçən mövsüm icarə əsasında Fənərbaxçada çıxış edən fransız futbolçu Allan Saint-Maximin, Meksika təmsilçilərindən Club America klubuna transfer olunub. Meksika Liqasının nəhənglərindən sayılan Club America, Saint-Maximini Səudiyyə Ərəbistanının Al Ahli klubundan heyətinə qatıb. Transferin təxminən 12 milyon dollar qarşılığında reallaşdığı iddia olunur.
Beynəlxalq Futbol Federasiyası (FIFA) İngiltərənin “Çelsi” klubunu 2029-cu ildə keçiriləcək Klublararası Dünya Çempionatına birbaşa vəsiqə ilə təmin edə bilər. FIFA bu yay qarşıdan gələn turnir üçün yeni təsnifat sistemini müəyyənləşdirməyi planlaşdırır.
Birləşmiş Ərəb Əmirlikləri klubu Əl Vahda, 2024–25 mövsümünün sonunda Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı Dusan Tadiç-i heyətinə qatıb. Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Əl Vahda, yeni mövsüm öncəsi Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı serbiyalı futbolçu Dusan Tadiçin transfer olunduğunu açıqlayıb. Futbola vətəninin Voyvodina komandasında başlayan serbiyalı oyunçu, 2010-cu ildə Qroningen klubuna transfer olub. Hollandiya klubunda 2 mövsümdə 76 oyuna çıxaraq 14 qol vuran Tadiç, 2012-ci ilin yayında Tventeyə keçib. Burada oynadığı 85 oyunda 32 qol və 30 assistlə diqqət çəkən təcrübəli futbolçu, 2014–15 mövsümü öncəsi 14 milyon avroya Premyer Liqanın yolunu tutub.
Beşiktaş, Leicester City-dən nigeriyalı yarımmüdafiəçi Wilfred Ndidi-ni 8 milyon avroya transfer etdiyini açıqlayıb. David Jurasek, Tammy Abraham və Orkun Kökçüdən sonra Beşiktaş daha bir transferdə istədiyinə nail olub. Qara-ağlılar, orta xəttini nigeriyalı futbolçu Wilfred Ndidi ilə gücləndirdi. Beşiktaş tərəfindən verilən açıqlamada bildirilib "Peşəkar futbolçu Wilfred Onyinye Ndidi-nin transferi ilə bağlı klubu və özü ilə razılıq əldə olunub. Leicester City Football Club Limited klubuna ümumi transfer haqqı olaraq 8.000.000 avro ödənəcəkdir."