İdman

Klubun rəsmi açıqlamasına görə, Trabzonspora transfer müqaviləsi çərçivəsində 27,5 milyon avro + ƏDV ödəniləcək. Bununla yanaşı, Uğurcan Çakır 2029/2030 mövsümünün sonuna qədər Qalatasaray formasını geyinəcək. Qalatasaray klubu qapıçı Uğurcan Çakırın transferini rəsmən açıqlayıb.

Braziliyalı futbolçu Olavio Juninyo yenidən Qarabağa transfer olunub. Klub rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib və 29 yaşlı hücumçu Ağdam təmsilçisinin formasını bir daha geyinəcək. Onun qayıdışı hücum xəttində rəqabəti artırmaqla yanaşı, komandanın Avropa arenasındakı mövqelərini gücləndirmək məqsədi daşıyır.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

İngiltərə Premyer Liqa təmsilçisi Tottenhem gözlənilməz transfer addımı ataraq PSJ-nin hücumçusu Randal Kolo Muanini icarəyə götürmək üçün razılıq əldə edib. Müqavilədə fransalı futbolçunun mövsüm sonunda satın alınması üçün opsion da nəzərdə tutulub.

Niderlandlı baş məşqçi Erik Ten Haq Almaniya Bundesliqa klubu olan Bayer Leverkuzenin baş məşqçi postundan qovulub. O, gənc oyunçuların inkişafına diqqət yetirməsi və nizam-intizamı ilə seçilsə də, Leverkuzen təcrübəsi çox qısa sürüb.

2023-cü ilin iyununda başlanan genişmiqyaslı yenidənqurma işləri səbəbindən katalon klubunun ev oyunları Estadi Olimpic Lluís Companys stadionunda keçirilirdi. İndi isə Kamp Nounun qismən istifadəyə verilməsi ilə bağlı sertifikatın alınması Barselona üçün mühüm dönüş nöqtəsi hesab olunur.

Braziliyalı cinah futbolçusu Antoni Mançester Yunayteddəki uğursuz dönəminə son qoyur. Antoni 2022-ci ilin yayında Ayaksdan 85 milyon funt sterlinq qarşılığında Mançester Yunaytedə gətirilmişdi. Lakin o, Premyer Liqa təmsilçisində gözlənilən oyunu göstərə bilmədi, 96 oyunda cəmi 12 qol vurdu.

Fənərbağça, İngiltərə Premyer Liqasının nəhənglərindən Mançester Siti ilə braziliyalı qapıçı Edersonun transferi üçün razılığa gəlib. Edersonun yaxın günlərdə İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.

“Liverpul” İngiltərə çempionatının üçüncü turunda öz meydanında “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun yeganə qolunu 83-cü dəqiqədə Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai cərimə zərbəsindən birbaşa vuraraq komandasına qələbə qazandırıb. “Arsenal” artıq 13 ildir ki, İngiltərə çempionatında Enfilddə “Liverpul”u məğlub edə bilmir. London klubu son dəfə rəqibini səfərdə 2012-ci il sentyabrın 2-də 2:1 hesabı ilə üstələyib. Bununla belə, 2020-ci ildə “Arsenal” Liqa Kubokunun 1/8 finalında “Liverpul”u penaltilərlə mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə London təmsilçisi 5:4 hesabı ilə qalib gəlmişdi.

Avstraliyalı pilot, “Mclaren” komandasının üzvü Oskar Piastri 2025-ci il mövsümünün Formula-1 dünya çempionatının 15-ci mərhələsi olan Niderland Qran-prisinin qalibi olub. İkinci yeri Niderlandı təmsil edən və “Red Bull” komandasının pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə “Racing Bulls” komandasının fransalı sürücüsü İsak Hacar tamamlayıb. Bu, onun “Formula-1”də debüt mövsümündə ilk podium uğuru olub.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. UEFA-nın rəsmi saytında yayılan məlumata görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Artıq Avropa futbol qurumunun platformasında Azərbaycan çempionunun ev görüşlərinin məkanı mərkəzi arena kimi göstərilib.