İdman

Argentina millisinin kapitanı Lionel Messi Buenos Airesdə keçirilən Venezuela oyunu ilə azarkeşlərinə unudulmaz anlar yaşadıb. Messinin karyerasının davamı ilə bağlı suallar açıq qalır. Ulduz futbolçu 2026-cı il Dünya Kubokuna qatılıb-qatılmamaq barədə qərarını vermədiyini vurğulayıb.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland matçında baş hakim funksiyasını icra edəcək. Məsiyevə köməkçi hakimlər kimi Elşad Abdullayev və Pərvin Talıbov dəstək verəcəklər.

Dünya çempionatının seçmə mərhələsində Venesuela üzərində 3:0 hesablı qələbədə meydana sonradan daxil olan futbolçu iki dəqiqə sonra vurduğu qolla əfsanəvi Dieqo Maradonanı geridə qoyaraq, Albiseleste tarixində ən çox qol vuran beş oyunçudan biri olub.

Azərbaycan millisinin də rəqib olduğu E qrupunda Türkiyə yığması səfərdə Gürcüstanla üz-üzə gəlib. Qarşılaşmada Türkiyə Mert Müldür və Kerem Aktürkoğlunun (2 qol) sayəsində 3:2 hesablı qələbə qazanıb. Gürcüstan millisinin qollarını Zuriko Davitaşvili və Xviça Kvaratsxeliya vurub.

Türkiyənin A Milli Futbol Komandası 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi E qrupundakı ilk oyununda səfərdə Gürcüstanı 3:2 hesabı ilə məğlub edib. Boris Payçadze Stadionunda baş tutan qarşılaşmada Türkiyə millisinə qələbəni gətirən qolları 3-cü dəqiqədə Mert Müldür, 41-ci və 52-ci dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub. Gürcüstan millisinin qolları 63-cü dəqiqədə Davitaşvili və 90+8-ci dəqiqədə Kvaratsxeliya tərəfindən qeydə alınıb. 66-cı dəqiqədə meydana daxil olan Barış Alper Yılmaz 71-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, “ay-ulduzlular” sona qədər mübarizə apararaq üstünlüyünü qoruyub və seçmə mərhələyə 3 xalla başlayıb. Bu nəticə ilə Türkiyə qrupda liderliyə yüksəlib, Gürcüstan isə xal hesabını aça bilməyib.

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına davam edir. Final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb. Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.

Fenerbahçe rəhbərliyi, yeni mövsümə daha güclü başlamaq və çempionluq hədəfi ilə yola çıxmaq üçün İsmail Kartal ilə yollarını bir daha birləşdirdi. İsmail Kartal daha öncə 2021–2022 və 2022–2023 mövsümlərində də Fenerbahçe-də baş məşqçi vəzifəsini icra etmişdi. Yenidən komandaya qayıdan təcrübəli çalışdırıcının müqaviləsinin detalları isə yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, 25 may 1961-ci ildə İstanbulda anadan olub. Futbolçu karyerasına Sarıyerdə başlayıb. Sarıyerdəki çıxışı ilə diqqət çəkdikdən sonra "Qaziantepspor"a transfer olunub. 2 il “Qaziantepspor”da çıxış edən İsmail Kartal 1983-cü ildə “Fənərbaxça”ya transfer olunub. 10 il sarı-göylü komandada çıxış edən Kartal "Fənərbaxça"nın simvolik adlarından biri olub. “Fənərbaxça” karyerasında 235 matça çıxan İsmail Kartal 9-u penaltidən olmaqla cəmi 15 qol vurub.1993-cü ildə “Dənizlispor”a transfer olunan İsmayıl Kartal son olaraq “Adanaspor”da oynayıb, daha sonra futboldan ayrılıb.

Türkiyə A Milli Futbol Komandası, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində ilk oyununda Gürcüstan millisi ilə qarşılaşacaq. Bu görüş, iki komanda arasında tarixdə 7-ci duel olacaq. Ay-ulduzlular indiyədək Gürcüstanla keçirilmiş 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətlə meydanı tərk edib. Bu oyunlarda Türkiyə rəqib qapısından 15 top keçirib, qapısında isə 6 qol görüb. İki komanda son dəfə 2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatının qrup mərhələsində üz-üzə gəlib. Dortmund şəhərində oynanılan qarşılaşmada Türkiyə millisi Gürcüstan üzərində 3:1 hesablı qələbə qazanıb.

İngiltərə Premyer Liqasında Tottenhemin sabiq baş məşqçisi olan Ange Postecoglou, hazırda baş məşqçisiz qalan Almaniyanın Bayer Leverkuzen və Türkiyənin Fənərbağça klublarının gündəmindədir. Məhşur idman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Leverkuzen rəhbərliyi Bundesliqada cəmi iki oyundan sonra Erik ten Haq ilə yollarını ayırıb, Fənərbaxça isə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Joze Mourinyonu postundan uzaqlaşdırıb.

Qalatasarayın İngiltərə Premyer Liqa təmsilçisi Mançester Sitidən transfer etdiyi türk əsilli alman futbolçu İlkay Gündoğan uşaqlıq arzusunun sarı-qırmızılı formanı geyinərək UEFA Çempionlar Liqasında oynamaq olduğunu bildirib.

Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində indiyədək 193 oyun keçirib və 112 qol vurub. O, yığma ilə dünya çempionluğu, iki dəfə Kopa Amerika və 2008-ci ildə Olimpiya qızıl medalını qazanıb. Uzun illərdir Albiselestenin simasına çevrilən futbolçu artıq karyerasının son mərhələsindədir.