Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyonun ayrılmasından sonra 39 yaşlı italiyalı mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalayıb. Bu barədə klubun yaydığı açıqlamada deyilir. “Komandanın baş məşqçiliyi üçün cənab Domeniko Tedesko ilə 2025-2026 və 2026-2027 mövsümlərini əhatə edən iki illik müqavilə imzalanıb” - deyə, açıqlamada bildirilib.
İdman
Azərbaycan milli futbol komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da start götürəcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Kaspar Yulmann Almaniyanın “Bayer” klubunun baş məşqçisi təyin olunub. Məlumata görə, 53 yaşlı danimarkalı mütəxəssislə 2027-ci iyunun 30-dək müqavilə imzalanıb. Yulmann bu vəzifədə niderlandlı Erik ten Haqı əvəzləyib. Ten Haqın rəhbərliyi altında “Bayer” üç rəsmi oyun keçirib. Onlardan biri qələbə, biri heç-heçə, biri isə məğlubiyyətlə nəticələnib.
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. Bildirilib ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Qalatasaray baş məşqçisi Okan Buruk, yay transfer pəncərəsinin son günlərində İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətə qatmaq üçün cəhd etdiklərini, lakin müqavilənin baş tutmadığını açıqlayıb. Qalatasaray rəhbərliyi ötən həftə Çalhanoğlu üçün son addımı atsa da, Milan klubu transferi bloklayıb.
Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb. Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib. Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il “Formula-1” dünya çempionatının 16-cı mərhələsi olan İtaliya Qran-prisinin qalibi olub. İkinci və üçüncü yerləri “McLaren” komandasının sürücüləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri tutublar. Qeyd edək ki, növbəti mərhələ 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Türkiyənin futbol üzrə A Milli komandası 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin E qrupundakı ikinci oyununda bu gün İspaniya ilə qarşılaşacaq. Görüş MEDAŞ Konya Böyükşəhər Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona yan xətt hakimləri Stüart Burt və Ceyms Meynverinq kömək edəcək, dördüncü hakim funksiyasını isə Kris Kavanax yerinə yetirəcək.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün 16-cı mərhələsi olan İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub. Liderlərin ilk üçlüyünə həmçinin “McLaren” komandasının üzvləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri də daxil olublar.
Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda keçirilən dünya çempionatında yarımfinal oyununa çıxıb. “Filenin sultanları” yarımfinalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə həlledici mərhələyə yüksəlib. Türkiyə millisi finalda Braziliya-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.