İdman

Güləş üzrə Azərbaycan çempionatına start verilib. İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97 kiloqramda finalçılar müəyyənləşib. 55 kiloqram - Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir), 63 kiloqram - Ziya Babaşov (Neftçi)-Sakit Quliyev (Neftçi)

Türkiyənin Beşiktaş klubu təcrübəli qapıçı Mert Günokla yollarını ayırdığını rəsmən elan edib. Klubun yaydığı məlumatda futbolçunun 2021/22 mövsümündən etibarən komandanın heyətində yer aldığı qeyd olunub. Bəyanatda vurğulanıb ki, Mert Günok Beşiktaş forması ilə əldə olunan Türkiyə Kuboku və Superkubok qələbələrində pay sahibi olub.

Braziliyalı futbolçu Vinisius hazırda İspaniyanın Real Madrid klubundakı vəziyyətdən tam razı deyil və bu mərhələdə Madrid təmsilçisi ilə müqaviləsini uzatmağa tələsmir. Vinisiusun Real Madridlə bağladığı müqavilə 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Mənbənin məlumatına görə, futbolçu klubdakı mövcud vəziyyətdən tam məmnun deyil və müqavilənin uzadılması məsələsində hələlik tələsmir.

İngiltərənin Mançester Yunayted klubu baş məşqçi Ruben Amorim ilə yollarını ayırıb. Klubun qərarı rəsmi olaraq X sosial şəbəkəsindəki hesabı vasitəsilə açıqlanıb. Ruben Amorim Mançester Yunaytedə 2024-cü ilin payızında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda əvvəlki mövsümdə Premyer Liqanı 15-ci pillədə başa vurub. Bununla yanaşı, Mançester Yunayted UEFA Avropa Liqasının finalına yüksəlib, lakin həlledici görüşdə Tottenhemə məğlub olub.