İdman

Almaniya Bundesliqasında mövsümün 16-cı turu çərçivəsində “Bayer”lə “Ştutqart” arasında keçirilən qarşılaşma yekunlaşıb. Leverkuzen şəhərində yerləşən “BayArena”da baş tutan oyunda meydan sahibləri qonaqları qəbul ediblər. Matç “Ştutqart”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalatasaray ilə Fənərbağça arasında sabah Atatürk Olimpiya Stadionunda keçiriləcək Superkubok oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Bildirilib ki, meteoroloji qiymətləndirmələr və klub rəsmiləri ilə aparılan müzakirələrdən sonra matçın vaxtında dəyişiklik edilməsi qərara alınıb.

Braziliya futbolunun əfsanəvi simalarından biri olan Neymar diz əməliyyatından sonra rəsmi şəkildə bərpa prosesinə başlayıb. 33 yaşlı hücumçu dekabrın 22-də sol dizindən əməliyyat keçirib. Qısa istirahət mərhələsindən sonra Neymar yanvarın 9-da doğma klubu Santosun məşq bazasında fiziki hazırlıq proqramına start verib. Klubun idman zalında məşq edən futbolçunun əhval-ruhiyyəsinin yüksək olduğu bildirilir.

İngiltərənin Mançester Siti klubu Premyer Liqadakı rəqibi “Bornmut”dan qanalı cinah hücumçusu Antuan Semenyonun transferini rəsmən elan edib. Transferin əsas məbləği 62,5 milyon funt sterlinq (təxminən 84 milyon ABŞ dolları) təşkil edir. Müəyyən hədəflərin yerinə yetirilməsi halında bu məbləğin əlavə 1,5 milyon funt artması da mümkündür.

Qalatasaray və Fənərbaxça sabah keçiriləcək Turkcell Super Kubok finalında tarixdə 405-ci dəfə qarşılaşacaqlar. Atatürk Olimpiya Stadionunda oynanılacaq matç 19-cu Super Kubokun qalibini müəyyən edəcək. Atatürk Olimpiya Stadionunda keçiriləcək matç saat 21:30-da başlayacaq. Matçı Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara olacaq. Dördüncü hakim Ozan Ergün olacaq.

Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu seçilib. "Bavariya"nın hücumçusu dekabr ayının yekunlarına əsasən bu mükafata layiq görülüb. Səsvermədə o, komanda yoldaşları Maykl Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri ("Volfsburq"), Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi "Leyptsiq") qabaqlayıb.

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.