İdman

Çelsi klubu Kol Palmerin gələcəyi ilə bağlı yayılan iddialara qəti mövqe sərgiləyib. Palmer Çelsi üçün toxunulmaz futbolçu hesab olunur və klub onunla bağlı heç bir transfer təklifini nəzərdən keçirməyi planlaşdırmır. Çelsi gənc futbolçunun uzun illər komandanın əsas sütunlarından biri olacağına inanır.

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib. La Liqa nəhənginin hücumçusu Antuan Qrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kol Palmer "Çelsi"ni tərk etməyəcək. Əvvəl Britaniya mətbuatı məlumat vermişdi ki, yarımmüdafiəçi "Çelsi"də darıxır və "Mançester Yunayted"ə keçə bilər. 23 yaşlı oyunçu belə niyyətləri barədə London klubunun rəhbərliyinə məlumat verməyib. Keçən İngiltərə çempionatının ən yaxşı oyunçularından biri olan Palmer "Çelsi" üçün toxunulmazlardan hesab olunur, onu satmaq planlaşdırılmır

UEFA Avropa Liqasının yeddinci həftəsində Türkiyə təmsilçisi "Fənərbaxça" İngiltərənin "Aston Villa" klubunu doğma meydanda sınağa çəkəcək. Çobani stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20.45-də start götürəcək. Oyunu Portuqaliya Futbol Federasiyasından Luis Qodinyo idarə edəcək. Ona həmyerliləri Rui Teyşeyra və Pedro Almeyda köməklik göstərəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib. Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda "Ayntraxt"ı məğlub edib. Qurban Qurbanovun komandası ölkəmizə 0,500 əmsal qazandırıb.