Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.
İdman
İspaniyanın Barselona klubunun yenidənqurmadan sonra qismən istifadəyə verilən Kamp Nou stadionunda növbəti texniki problem qeydə alınıb. Oyun idman baxımından Barselona üçün uğurlu alınıb. Kataloniya təmsilçisi Dani Olmonun, Rafinianın və Lamin Yamalın qolları ilə Real Oviedo üzərində 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.
İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçusu Serxio Ramos doğma klubu Sevilyanın səhmlərini əldə etmək istiqamətində mühüm mərhələni geridə qoyub. Məlumata əsasən, Serxio Ramos argentinalı sahibkar, ABŞ-da futbol yönümlü investisiya qrupu olan “Five Eleven Capital”ın baş icraçı direktoru Martin İnk ilə birgə hərəkət edir. Bildirilir ki, Ramos klubun bir neçə əsas səhmdarı ilə niyyət protokolu imzalayıb və növbəti mərhələ hüquqi və maliyyə yoxlamalarını əhatə edəcək.
Portuqaliya millisinin heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş tanınmış futbolçu Nani karyerasını Qazaxıstanda davam etdirəcək. Nani bildirib ki, “Aktobe”yə qoşulmaqdan məmnundur və həm klubun, həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək niyyətindədir. Onun sözlərinə görə, klubun gələcəyə dair baxışı onda müsbət təəssürat yaradıb və həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlar qazanmaq üçün əzmlə çalışacaq.
Marko Verratti DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyunları üçün İtaliya millisinə geri qayıtmaq istəyir. “Əl-Duhail”in yarımmüdafiəçisi İtaliya millisinə geri dönüşünü istisna etməyib.
En-Nesiri "Yuventus"a keçməyəcək, çünki "Fənərbağça"dan icarə əsasında ayrılmaq istəmir.
İspaniya La Liqasında XXI turun oyunları keçirilir. Doğma meydanda "Oviedo"nu qəbul edən "Barselona" 3:0 hesablı qələbə qazanmağə bacarıb.
“Liverpul” klubu baş məşqçi Arne Slotla yolları ayırmaq ərəfəsindədir və bu postla bağlı planlar çərçivəsində Xabi Alonsonun ətrafı ilə əlaqə saxlayıb. Mersisayd təmsilçisi ispan mütəxəssisə komandanın sükanı arxasında onu görmək istədiyini çatdırıb.
BAKI, AzerVoice İngiltərənin “Bornmut” və Braziliyanın “Vasko da Qama” klubları braziliyalı hücumçu Rayanın transferi ilə bağlı bütün detalları razılaşdıraraq müqavilə bağlayıblar. AzerVoice xəbər verir ki, futbolçu artıq İngiltərəyə yollanıb və yanvarın 26-da tibbi baxışdan keçəcək.
Rusiyalı idmançı Umar Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 324 turnirində braziliyalı Deyvison Fiqeredonu məğlub etdi. Döyüş U.Nurməhəmmədovun yekdil qərarla qələbəsi ilə başa çatdı.
"Turan Tovuz" Coş Cinnellini transfer edib. “Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" komandası səfərdə "Bornmut"a 2-3 hesabı ilə məğlub olub.