bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi məmnuniyyətlə bildirir ki, sabah "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng AÇG yatağının işlənməsində əlamətdar hadisədir. "Qərbi Azəri"dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalına çatmışdı.
Cəmiyyət
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə səmimi görüş keçirib. Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən “Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə verir.
Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir.
NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. 29-30 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Şaxtalı hava şəraitinə baxmayaraq, Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, yollarda təhlükəsizlik tam təmin olunur. Zərurət yarandıqda sürücülərə və piyadalara operativ yardım göstərilir. Köməyə ehtiyacı olan şəxslər polis naryadlarının daim diqqət mərkəzində saxlanılır.
Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan Meqa Şousu” bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Vəngli kəndinə 10 ailə, ümumilikdə 44 nəfər qayıdışı təmin edilib. Ağdərə rayonunun Vəngli kəndinə köçənlər əvvəllər müxtəlif yerlərdə, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar. Hazırda kənddə ailələrin ümumi sayı 137, nəfər sayı isə 532-ə çatıb.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də qeyd edilən şəxslərin məşğulluğunun təminatıdır.