2025-ci il ərzində sosial sahədə vətəndaş müraciətlərinin cavablandırılması və qəbul prosesləri genişmiqyaslı şəkildə həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində fəaliyyət göstərən qurumlarda ötən il ümumilikdə 1,9 milyon vətəndaşın qəbulu təmin olunub. Qəbul edilən vətəndaşlardan təxminən 200 min nəfəri Nazirliyin Aparatının, qurumlarının və yerli bölmələrinin rəhbər şəxsləri tərəfindən, 1,7 milyon nəfəri isə Nazirliyin Aparatının və qurumlarının qəbul otaqlarında, eləcə də DOST mərkəzlərində qəbul edilib.
Cəmiyyət
Azərbaycan ilə Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni bir təşəbbüs irəli sürülüb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində hər iki ölkənin alimləri üçün birgə elm müsabiqəsi elan edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində yerləşən “Cümə” və “Heydər” məscidlərini, həmçinin “Diri Baba” türbəsini ziyarət edib. Dini ibadət yerlərində yaradılmış şəraitlə tanış olan Ramin Məmmədov din xadimləri ilə görüşlər zamanı ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinin cəmiyyətin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.
Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.
"Bakının Baş planının 2040-cı il layihəsinin icra olunduğu müddətdə də tikintinin həcmi o qədər də böyük deyil. Digər tərəfdən həm işçi qüvvəsinin, əmək haqlarının, həm tikinti materiallarının baha olması, həm nağdsız ödənişlərə daha çox üstünlük verilməsi tikinti sektoru üçün çox böyük problemlərin meydana gəlməsinə səbəb olur. Ümumiyyətlə, bir çox tikinti qrupları, yəni şirkətlər, 2026-cı ildə bu prosesdə çox çətinliklə iştirak etmək imkanı əldə edəcəklər.
DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində əməkdaşlıq gündəliyi müzakirə edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim olunub. Belə ki, filialda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələblərinə uyğun olaraq idarəetmə sisteminin sertifikatlaşdırılmasına dair audit həyata keçirilib.
Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə olunub. Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.