Cəmiyyət

UİD Azərbaycan tərəfindən Bakı şəhərində səhər yeməyi proqramı təşkil edilib. Proqramın əsas məqsədi UİD Azərbaycan`ın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak edib. Tərbirdə Türkiyədən qonaq qismində ``15 Temmuz Şehitler ve Gaziler Derneği``nın rəhbəri və nümayəndə heyəti iştirak ediblər. Tədbirdə 15 iyul və 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir. Ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumuna start verilib. Forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edərək 2025-ci ilin yekunları barədə ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşma sahəsində 2025-ci ilin ən önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq olunmasıdır və Agentliyin rəqəmsal inkişaf istiqamətində fəaliyyəti bu konseptual yanaşmaya əsaslanır:

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Növbəti görüş 10 fevral saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “İmtahan proqramları, buraxılış və qəbul imtahanlarında tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzusuna həsr olunacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha dörd sosial müavinət növü proaktiv mexanizm əsasında təyin olunacaq. Yeni mexanizmə uyğun olaraq, vətəndaşların bu müavinətləri alması üçün heç bir dövlət qurumuna müraciət etməsinə və əlavə sənəd təqdim etməsinə ehtiyac olmayacaq. Müavinətlər müvafiq informasiya sistemləri üzərindən avtomatik qaydada təyin ediləcək.

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır. “Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk”, – deyən Anar Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.