Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.
Cəmiyyət
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində yerləşən “Cümə”, “Ceyhun xanım və Hacı Əhməd” məscidlərinin, “Müqəddəs Sarovlu Serafim” kilsəsi və “Sumqayıt Yəhudiləri” dini icmasının ibadət evinin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə görüşüb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verib.
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev fevralın 5-də Ağdaş rayonunda sakinləri qəbul edib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub. F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.
Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Layihə çərçivəsində Ağdaş rayon Qoşaqovaq kənd tam orta məktəbinin 6–8-ci siniflərindən seçilmiş 24 nəfər şagirdin iştirak edəcəyi 10 günlük təlim proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram müddətində şagirdlərlə fikrini əsaslandırmaq, arqument qurmaq, təqdimat strukturu yaratmaq və auditoriya qarşısında çıxış etmək bacarıqları üzrə praktiki məşğələlər və interaktiv fəaliyyətlər təşkil olunacaq.
Layihə çərçivəsində 6-8 sinif şagirdlərində qeyri-formal təhsil metodları və incəsənət vasitəsilə praktiki məşğələlərin, interaktiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.Xatırladırıq ki, “Təhsildə özünüifadə” qrant layihəsi Aynur Bağırova tərəfindən Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə həyata keçirilir.
Yanvar ayı ərzində Bakı Metropoliteninin 964 Əlaqə mərkəzi vətəndaş müraciətlərinin operativ, effektiv və sistemli şəkildə cavablandırılmasını təmin edib. Əlaqə mərkəzinin operativlik göstəriciləri də yüksək səviyyədə olub. Statistikaya əsasən, daxil olan zənglərin 98 faizi ilk cəhddən və 30 saniyə ərzində cavablandırılıb. Xətdə orta gözləmə müddəti isə cəmi 5 saniyə təşkil edib.
Fransa, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə, müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.