Cəmiyyət

32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir. Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.

bp Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələrindən biri, realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvani haqqında nəşr olunmuş yeni kitabın çapına dəstək verib. Böyük sənətkarın anadan olmasının 200 illiyinə həsr edilən “Mirzə Qədim İrəvani: Parlaq rənglərin işığında” adlı kitab bp-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim olunub.

Fevralın 6-da Bakı şəhərində “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov qiymətləndirmə sahəsinin uzun müddətdir diqqətdən kənarda qalması ilə bağlı məsələni Mərkəzi Bank rəhbərliyi ilə açıq şəkildə müzakirə etdiklərini bildirib. Asif İbrahimov Mərkəzi Bankda ölkənin aparıcı ekspertlərinin iştirakı ilə keçirilən ənənəvi görüş zamanı bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlərin də gündəmə gətirildiyini qeyd edib.

"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu fikirlər Mətbuat Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir:

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib. Agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir.

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir. Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin olunur.

Son illərdə geyim sektoru sürətlə dəyişib və bu dəyişiklik insanların alış-veriş davranışına ciddi təsir edib. “Fast fashion” (sürətli moda) sistemi sayəsində mağazalara tez-tez yeni kolleksiyalar gəlir, qiymətlər aşağı olur və insanlar ehtiyacdan çox geyim almağa başlayır. Bu vəziyyət həm şəxsi büdcəyə zərər verir, həm də ətraf mühit üçün ciddi problem yaradır.

Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Akademiya, həmçinin TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən, TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə yüzlərlə tərəfdaş mağazada endirimlərdən yararlanmaq imkanı yaradır və təqaüd, bank kartı, eləcə də universitetlərə giriş-çıxış funksiyalarını birləşdirərək bütün bu imkanları vahid kartda cəmləşdirir.