Cəmiyyət

Filmoskop rubrikasında bu dəfə kino tarixinin ən böyük hadisələrindən birini, 11 Oskar mükafatlı şahəsəri — rejissor Ceyms Kemeronun "Titanik" (Titanic) filmini təhlil edirik. Bu film sadəcə bir gəmi qəzası hekayəsi deyil, eyni zamanda sosial təbəqələr arasındakı uçurumu, insanın təbiət qarşısındakı acizliyini və ölümün kölgəsində doğan unudulmaz bir eşqi anladan epik dramdır.

May ayının 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyinin dəstəyi ilə humanitar aksiya keçirilib. Səfirliyin nümayəndələri bildiriblər ki, bu cür xeyriyyə tədbirləri iki ölkə xalqları arasındakı dostluq və həmrəylik münasibətlərinin göstəricisidir. Yardım alan yerli sakinlər göstərilən diqqət və dəstəyə görə Azərbaycana öz minnətdarlıqlarını ifadə ediblər.

Pekində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün musiqi və yaradıcılığa həsr olunan xeyriyyə tədbiri təşkil edilib. Bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə keçirilən ustad dərsi çərçivəsində iştirakçılar musiqi dünyası ilə tanış olub, müxtəlif alətlərin xüsusiyyətləri barədə məlumat əldə edib və interaktiv yaradıcılıq məşğələlərində iştirak ediblər. Tədbirdə çıxış edənlər uşaqların inkişafı, xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatının fəaliyyəti ilə tanış olub. Səfər zamanı o, çay plantasiyalarına baxış keçirib, burada yetişdirilən çay sortları və istehsal prosesi barədə məlumat alıb. Leyla Əliyeva həmçinin işçilərlə birlikdə çay yığımında iştirak edib, onların gündəlik fəaliyyəti ilə maraqlanıb və səmimi söhbət aparıb. Görüş zamanı təsərrüfatın ekoloji kənd təsərrüfatı, yerli istehsalın inkişafı, məşğulluğun artırılması və aqroturizm potensialı baxımından əhəmiyyətinə xüsusi diqqət çəkilib.

Lənkərana səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin ailəsi ilə görüşüblər. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad olunub, onun döyüş yolu və göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Görüş zamanı ailənin vəziyyəti və qayğıları ilə də maraqlanılıb. Vətən müharibəsində iştirak edən qəhrəmanların xatirəsinin yaşadılması və şəhid ailələrinə diqqət göstərilməsi cəmiyyətin mühüm sosial-mənəvi dəyərlərindən biri hesab olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerli dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılığı ilə tanış olublar. Səfər çərçivəsində sənətkarın hazırladığı əl işlərinə baxış keçirilib, qədim bədii oyma sənətinin xüsusiyyətləri ilə bağlı məlumat verilib və yaradıcılıq prosesi nümayiş etdirilib. Görüş milli sənət ənənələrinin qorunması və yerli sənətkarların fəaliyyətinin təşviqi baxımından diqqət çəkib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerləşən uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Səfər çərçivəsində müəssisədə tərbiyə alan uşaqlarla görüş keçirilib, onların gündəlik fəaliyyəti ilə maraqlanılıb və müxtəlif yaradıcılıq məşğələləri təşkil olunub. Görüş zamanı uşaqlarla birgə hazırlanan yaradıcılıq nümunələri və təqdim olunan hədiyyələr tədbirə xüsusi rəng qatıb.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi təkcə aqrar sahənin cari vəziyyətinin müzakirəsi deyildi. Bu müşavirə əslində Azərbaycanın növbəti illər üçün iqtisadi və sosial prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mesajlar verdi. Çünki ölkə başçısının çıxışında səslənən məqamlar göstərir ki, hökumət artıq kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, milli təhlükəsizlik, regionların inkişafı və demoqrafik balans məsələsi kimi yanaşır.

Bu gün cəmiyyətdə, biznes mühitində və qlobal arenada ən çox qarşılaşdığımız mövzulardan birini – konfliktlərin idarə olunmasını və bu sahədə ən effektiv alətlərdən biri olan mediasiya institutunu müzakirə edirik. Qonağımız Mediasiya və hüquq sahəsi üzrə tanınmış ekspert Hümmət Əliyevdir