Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Tbilisidə azərbaycanlı qadın Fatimə Kərimovanın qətlə yetirməkdə təqsirləndirilən şəxsi Batumi Beynəlxalq Hava Limanında saxlayıblar.
Cəmiyyət
Azərbaycan Respublikası Baş Prokurorluğu Monteneqro Respublikasından daxil olmuş qəsdən adam öldürmə cinayət işi üzrə hüquqi yardım sorğusunu icra edib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu yerinə yetirilib.
Azərbaycanın DOST modeli Moldovada pilot mərhələdə tətbiq ediləcək. Bu məqsədlə DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd sosial xidmətlərin daha səmərəli təşkili, “bir pəncərə” prinsipi əsasında xidmətlərin göstərilməsi və müasir sosial təminat sistemlərinin inkişafını nəzərdə tutur. Tərəflər DOST modelinin Moldova sosial sisteminə uyğunlaşdırılması üzrə əməkdaşlıq edəcəklər. Memorandum çərçivəsində təcrübə mübadiləsi, texniki dəstək və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan sosial xidmət sahəsində əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq vasitəsilə paylaşmağa davam edir.
Azərbaycan və İtaliya müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Cakinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub. Tərəflər müdafiə sahəsində tərəfdaşlığın hər iki ölkənin imkanlarının artırılmasına xidmət etdiyini vurğulayıblar. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın müxtəlif sahələrdə olduğu kimi hərbi istiqamətdə də inkişaf etdiyi qeyd olunub. Görüşdə hərbi təhsil və birgə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bakıda keçirilən Birgə İşçi Qrupunun 3-cü iclasında iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər teatr, muzey, kitabxana, kino, mədəni irsin qorunması və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Gürcüstanı ortaq tarix və zəngin mədəni irsin birləşdirdiyi qeyd olunub. Görüşdə mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mədəni əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. İclasın sonunda əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan protokol imzalanıb.
“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb. Bildirilib ki, AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus “Aframax” tipli "Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan–Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Azərbaycanın aparıcı meyvəçilik və bağçılıq mərkəzlərindən biri olan Quba rayonunda, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə aqronomluq fakültəsinin yaradılması regionun aqrar inkişafı baxımından mühüm strateji qərardır.
2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəhbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir. Bildirilib ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub. S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.
I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 7-də Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb.
Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin olunub, onların vəkilləri və tərcüməçiləri iştirak ediblər. David Babayan özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bir daha bəyan edib. Davit İşxanyanın müdafiəçisi tərəfindən təqdim olunan müraciətlərə baxılıb və dövlət ittihamçısı onların əvvəlki apellyasiya şikayətinin məzmununu təkrarladığını bildirib. Məhkəmə vəsatətlərin təmin olunmaması barədə qərar qəbul edib. Daha sonra Arkadi Qukasyanın müdafiəçiləri hökmün ləğv olunmasını və bəraət qərarı çıxarılmasını istəyiblər. Növbəti məhkəmə iclası iyulun 10-da keçiriləcək.