Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakı Təşəbbüs Qrupu 9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı məlumat yayıb

    9 Avqust 2026 17:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı Təşəbbüs Qrupu 9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı məlumat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü yalnız Yerli Xalqların mədəniyyət və irsini qeyd edən tarix deyil, həm də müstəmləkəçiliyin yaratdığı tarixi ədalətsizlikləri və onun bu gün də davam edən ağır nəticələrini xatırladan mühüm gündür. Fransa və Niderland kimi müstəmləkəçi dövlətlər əsrlər boyu əsarət altında saxladıqları yerli xalqların fundamental hüquqlarını, mədəni və dil kimliklərini bu gün də sistemli şəkildə tapdalamaqda, öz müqəddəratını təyin etmək tələblərini görməzdən gəlməkdə, əhalini zorakı assimilyasiya siyasətinə məruz qoymaqda, sahib olduqları ərazilərin təbii sərvətlərini istismar etməkdə və torpaqlarını mənimsəməkdə davam etməkdədirlər.

    Avropanın coğrafi məkanında yerləşməsinə baxmayaraq, Korsika xalqı rəsmi Paris tərəfindən hücumlara məruz qalır, yerli Korsika dili sıxışdırılır, müstəqillik tələb edən Partiyalara və hərəkatlara qarşı “terror təhlükəsi” adı altında silahlı hücumlar təşkil olunur.

    Fransanın uzunmüddətli müstəmləkəçilik siyasəti Māʻohi Nui (Fransız Polineziyası) ilə birlikdə BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısında yer alan Kanakinin (Yeni Kaledoniya) əsrlər boyu sahibi olmuş Kanak xalqının siyasi, sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılmasına, onların öz tarixi torpaqlarında sıxışdırılmasına və torpaq üzərində nəzarət imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsinə səbəb olmuşdur. Fransa uzun illər materik Fransadan planlı şəkildə əhalinin adaya köçürülməsinə və yerli kanakları azlıqda qalmasına şərait yaradan demoqrafik siyasət həyata keçirir, Kanak xalqının bu siyasətə qarşı qanuni etirazları isə Fransa tərəfindən silahlı müdaxilə ilə qarşılanır. 2024-cü ilin may ayında Fransanın seçici siyahılarına dair islahat cəhdinə qarşı Kanak xalqının keçirdiyi dinc etiraz aksiyaları zamanı Kanak mənşəli vətəndaşlar Fransa polis qüvvələri tərəfindən qətlə yetirilib. Bununla yanaşı, müstəqillik tərəfdarı siyasi qüvvələrin rəhbərləri qanunsuz həbs olunaraq, onlardan bir neçəsi Fransaya aparılıb.

    Māʻohi Nui-də (Fransız Polineziyası) əhalinin böyük əksəriyyətini yerli Māʻohi Nui xalqı təşkil edir. Təxminən 5 milyon km²-lik EEZ-ə malik bu strateji ərazinin dəniz resursları üzərində əsas nəzarət Fransa dövlətinin əlindədir. Fransanın 1966–1996-cı illərdə burada keçirdiyi 193 nüvə sınağı isə müstəmləkəçiliyin ən ağır miraslarından biri olaraq ətraf mühitə və yerli əhalinin sağlamlığına uzunmüddətli zərər vurub. Bu sınaqlar Māʻohi xalqının hüquq və təhlükəsizliyinin Fransa hərbi-strateji maraqlarına tabe etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

    Qvadelup və Martinikdə müstəmləkəçiliyin ən ağır və uzunmüddətli nəticələrindən biri xlordekon pestisidinin yaratdığı genişmiqyaslı ekoloji çirklənmədir. Onilliklər ərzində istifadə edilən bu yüksək toksik maddə torpaq və su ehtiyatlarını çirkləndirərək regionun ekosisteminə və ictimai sağlamlığa ciddi zərər vurub. Xlordekon Antil əhalisinin 90 faizindən çoxunun orqanizmində aşkar edilib.

    Fransanın cənub-qərbində yaşayan Basklar (Basques) və ölkənin qərbində məskunlaşan Bretonlar (Bretons) uzun illər ərzində Parisin sərt mərkəzləşmiş və assimilyasiya siyasəti və “vahid millət, vahid dil” adı altında öz milli kimliklərini, dillərini və mədəni irslərini itirmək təhlükəsi ilə üz üzədirlər.

    Fransız Qvianasında yaşayan Kali'na, Lokono, Wayana, Wayampi, Teko və Palikur xalqları Fransanın uzunmüddətli müstəmləkəçilik siyasətinin qurbanına çevriliblər.

    Mayottada Qəmər və Malaqasi mənşəli olan yerli Mahorais əhalisi Fransanın müstəmləkə idarəçiliyinin uzunmüddətli nəticələri ilə yanaşı, təbii fəlakətlərə qarşı həssaslığın da ağır nəticələrini yaşayır.

    Niderlandın müstəmləkə əsarətində olan Boneyra, Aruba, Saba və Sen-Martin kimi Karib ərazilərində yaşayan yerli xalqlar uzun illərdir müstəmləkə idarəçiliyinin siyasi, iqtisadi və sosial nəticələri ilə üzləşirlər. Niderlandın tətbiq etdiyi idarəetmə və iqtisadi siyasətlər nəticəsində torpaqların kommersiyalaşdırılması, sürətli turizmin genişlənməsi, xarici kapitala artan asılılıq və daşınmaz əmlak qiymətlərinin yüksəlməsi yerli əhalinin öz torpaqlarında münasib qiymətə mənzil və iqtisadi resurslara çıxışını çətinləşdirir. Eyni zamanda, bu proseslər yerli xalqların milli və mədəni kimliyinin zəifləməsinə, təbii sərvətlər üzərində nəzarət imkanlarının azalmasına və siyasi qərarvermədə asılılığın dərinləşməsinə səbəb olur.

    Bakı Təşəbbüs Qrupu 9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı məlumat yayıb
    #Müstəmləkəçilik #Qvadelup #Beynəlxalq Yerli Xalqlar Günü #yerli xalqların hüquqları #Fransız Polineziyası #Fransanın nüvə sınaqları #yerli xalqların öz müqəddəratını təyinetmə hüququ #müstəmləkəçilik və assimilyasiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

    21 Avqust 2026 03:00

    Bakı Təşəbbüs Qrupu lideri Simon Bolivar İnstitutunun konfransında iştirak edib

    3 Oktyabr 2025 15:54

    Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

    31 Avqust 2025 12:01

    Qvadelup adasına həsr olunan konfransın yekun bəyanatı qəbul edilib

    25 İyun 2025 16:36

    Fransa Qvadelupda ağır xəstəliklərə səbəb olan xlordekondan istifadə edib

    25 İyun 2025 13:06

    BTQ və MIR arasında əməkdaşlığa dair Memerandum imzalanıb

    25 İyun 2025 12:10

    Qvadelupun tam və ədalətli dekolonizasiyası hüquqi, iqtisadi, mədəni səviyyədə təmin olunmalıdır - Abbas Abbasov

    25 İyun 2025 11:32

    Dövlət radiosu hər səhər Fransa himnini səsləndirərək xalqın şüurunu dəyişirdi - Qvadeluplu jurnalist

    25 İyun 2025 10:06

    Biz siyasi olaraq Qvadelupun azadlığını tələb edirik - Jan-Jakob Bicep

    25 İyun 2025 09:42

    Fransa Qvadelup torpaqlarının işğal altında qalmasında əsas roy oynayıb - Qvadelup nümayəndəsi

    25 İyun 2025 09:26

    Müstəmləkəçilik siyasətini davam edən dövlətlər buna son qoymalıdır - Prezidentinin köməkçisi

    19 İyun 2024 12:28

    Fransız Polineziyasının nümayəndə heyəti Azərbaycana gəlib

    29 May 2024 09:30
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.