#QİAD

Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan və Yaponiya arasında biznes, investisiya və mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə Qubada yeni platforma yaradılır. “Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının təşkil etdiyi tədbirdə Azərbaycan sahibkarları ilə Yaponiyanın Şinzekai qrupu arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Görüş çərçivəsində investisiya layihələri, yeni biznes tərəfdaşlıqları və iqtisadi əlaqələrin inkişafı üzrə networking sessiyaları təşkil ediləcək.

Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının təşkilatçılığı ilə paytaxt Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar mərasimi təşkil olunub. Tədbirdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, platformanın üzvləri və 100-ə yaxın dəvətli qonaq iştirak edərək regionun iqtisadi gələcəyini müzakirə ediblər.

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq. tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan iri holdinqlərin, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.

Quba İş Adamlarına Dəstək- QİAD platformasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncləri: birlikdə daha güclü” adlı tədbir keçirilib.

Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.Bu haqda AzerVoice- QİAD-dan daxil olan məlumatda bildirilib