Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirir

    6 İyul 2026 21:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarının övladlarından ibarət 30 nəfərlik ukraynalı uşaq qrupu sağlamlıq bərpası və reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.

    VOA xəbər verir ki, uşaqları Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qarşılayıblar.

    Məlumata görə, proqramda iştirak edən uşaqların hamısı Ukrayna xilasedicilərinin övladlarıdır. Onların valideynləri Rusiya ilə müharibə şəraitində axtarış-xilasetmə əməliyyatları aparır, yanğınların söndürülməsi, mülki şəxslərin təxliyəsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər.

    Uşaqlar yaxın günlərdə Qəbələdə istirahət edəcək, burada sağlamlıqlarını bərpa etməklə yanaşı, Azərbaycanın təbiəti və qonaqpərvərliyi ilə yaxından tanış olacaqlar. Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.

    Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan indiyədək 662 ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramından yararlanıb. Təkcə 2026-cı ilin əvvəlindən isə 190 uşaq bu proqram çərçivəsində Azərbaycanda müalicə və istirahət imkanı əldə edib.

    #Azərbaycan #Ukrayna #Qəbələ #Heydər Əliyev Beynəlxalq Hava Limanı #ukraynalı uşaqlar #reabilitasiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Moskva səmasında 28 dron vurulub - Rusiya

    20 Avqust 2026 11:48

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Rusiya Kiyevi raketlərlə vurdu

    20 Avqust 2026 11:28

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.