#reabilitasiya

Azərbaycana sağlamlıq bərpası və reabilitasiya proqramı çərçivəsində 30 ukraynalı uşaq gəlib. Onlar Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarının övladlarıdır. Uşaqları Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Proqram çərçivəsində onlar Qəbələdə istirahət edəcək və sağlamlıqlarını bərpa edəcəklər. Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub. Müharibə başlayandan bəri artıq 662 ukraynalı uşaq Azərbaycanda bu proqramdan faydalanıb. Təkcə bu ilin əvvəlindən 190 uşaq reabilitasiya imkanından yararlanıb. Proqram Azərbaycan ilə Ukrayna arasında humanitar əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur.