Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub

    5 May 2026 15:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsinin kollektivi üçün Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub.

    VOA xəbər verir ki, ekskursiya Bakı Tekstil Fabrikidə baş tutub. Səfər zamanı iştirakçılar müəssisənin istehsal prosesi ilə yaxından tanış olub, tekstil sahəsində müasir yanaşmalar və praktiki iş prinsipləri barədə ətraflı məlumat əldə ediblər.

    Müəssisənin təsisçi rəhbəri Səkinə Babayeva çıxış edərək öz peşəkar təcrübəsini bölüşüb, bu sahədə əldə etdiyi uğurlardan danışıb və iştirakçıları tekstil istiqamətində inkişaf etməyə təşviq edib.

    Daha sonra müəssisənin baş direktoru Elçin Babayev satış strategiyasının düzgün qurulmasının əhəmiyyəti, ticari qaydalar və praktik yanaşmalar barədə məlumat verərək öz təcrübəsini iştirakçılarla bölüşüb.

    Ekskursiyanın sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

    Layihə çərçivəsində Şamaxı rayonu və ətraf kəndlərdən olan xanımlar üçün əlavə olaraq Bakıda tanışlıq məqsədli gəzintilər də təşkil olunub. İştirakçılar Bakı Zooloji Parkı və Dağüstü Park kimi paytaxtın görməli məkanlarını ziyarət ediblər.

    Qeyd edək ki, layihənin əsas məqsədi tənha anaların və aztəminatlı ailələrdən olan xanımların sosial inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

    Sonda ekskursiyanın təşkilinə göstərilən dəstəyə görə Bakı Tekstil Fabrikinin kollektivinə, həmçinin layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara və əməyi keçən bütün şəxslərə təşəkkür edilib.

    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub
    #tənha analar layihəsi #Şamaxı qadınları dəstək layihəsi #Bakı tekstil müəssisəsi #Bakı sosial layihələr #regionlardan paytaxta inteqrasiya #tekstil sənayesi Azərbaycan #praktiki təcrübə proqramı #tekstil istehsalı təcrübəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    4 Sentyabr 2026 09:12

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    3 Sentyabr 2026 20:03

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    3 Sentyabr 2026 18:29

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    3 Sentyabr 2026 15:11

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    2 Sentyabr 2026 21:05

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    2 Sentyabr 2026 16:35

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    2 Sentyabr 2026 14:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    2 Sentyabr 2026 11:25

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18
    XƏBƏR LENTİ

    İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

    Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.