Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

    2 May 2026 16:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.

    VOA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət barədə gənc nəsli maarifləndirməkdir.

    Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu, eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr barədə müzakirələr aparılıb.

    Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə çatdırıb: "Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz".

    Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər Eldarov, onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb, doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib. O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə fikir mübadiləsi apardığını bildirib.

    Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi, əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltəraşlıq məktəbinin rolu əks olunub.

    Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və mədəniyyət rəmzi” adlandırıb.

    Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması, onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

    Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının suallarını cavablandırıb.

    #Heydər Əliyev Mərkəzi #Anar Ələkbərov #Şəhərsalma və Memarlıq İli #Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı #Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü #Xalq rəssamı Ömər Eldarov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib

    29 İyun 2026 10:48

    WUF13 çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib

    19 May 2026 21:07

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub

    3 May 2026 18:54

    “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası keçirilib

    1 May 2026 12:20

    “Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

    18 Aprel 2026 11:31

    Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

    16 Aprel 2026 20:21

    “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

    16 Aprel 2026 10:20

    Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub

    10 Aprel 2026 18:00

    AzerGold yeni xatirə sikkəsini təqdim edəcək

    8 Aprel 2026 15:20

    Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

    18 Mart 2026 23:33
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistana dövlət səfərinə gəliblər

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    Qətərin tikinti sektoru 2027-ci ildə 6.7% böyüyəcək

    Zərgərlik ev Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.