Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası keçirilib

    1 May 2026 12:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası təşkil edilib.

    VOA xəbər verir ki, panel sessiyada çıxışı zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov panel sessiyasında çıxışında son illər ərzində Bakıda aparılan abadlıq və quruculuq işlərinə diqqət çəkib. Onun sözlərinə görə, son 20 il ərzində çoxsaylı yeni parklar salınmış, mövcud yaşıllıq zonaları isə əsaslı şəkildə yenidən qurularaq sakinlərin və şəhər qonaqlarının istifadəsinə verilib.

    "Xüsusilə məhəllələrarası parkların yaradılması şəhər mühitində istirahət imkanlarını xeyli genişləndirilib. Bu baxımdan Nəbatat Bağı, Qış Parkı və Gənclik metrosu yaxınlığındakı park kimi nümunələri qeyd etmək olar. Parklarda müasir uşaq əyləncə və idman avadanlıqlarının quraşdırılması şəhər həyatının keyfiyyətinə müsbət təsir göstərib. Eyni zamanda, bir müddət əvvəl "Xaqani bağı" ərazisində həyata keçirilən yenidənqurma layihəsi uğurla başa çatdırılıb və ərazi tamamilə piyadaların istifadəsinə verilib. Bundan əlavə, Bibiheybət, Ramana və Balaxanı kimi yaşayış məntəqələrində aparılan abadlıq və bərpa işləri onların tarixi-memarlıq üslubuna uyğun şəkildə həyata keçirilib".

    O qeyd edib ki, Bakı bu gün həm müasir şəhər kimi inkişaf edir, həm də öz tarixi simasını və memarlıq ənənələrini qoruyub saxlayır.

    WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqəri üzrə Baş Meneceri Eldar Rəsulov isə çıxışında bildirib ki, WUF13-də iştirak üçün artıq 800-dən artıq media nümayəndəsi qeydiyyatdan keçib. Onun sözlərinə görə, həm yerli, həm də xarici media tədbirdə iştiraka maraqlıdır:

    "Bu tədbir çərçivəsində çalışacağıq ki, dünya ölkələrinin şəhərsalma ənənələrinə də nəzər salıb, özümüzdə tətbiq edə bilək".

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli isə çıxışında işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin monitorinqlərindən danışıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 575 abidənin monitorinqi yekunlaşıb.

    "68 abidə yer üzündən silinib, 114 abidə ciddi dağıntılara məruz qalıb. Tarixi abidələrə dəyən ziyan da hesablanıb. Məlum olub ki, 434 abidəyə ümumilikdə 700 milyon manat ziyan dəyib.
    Ölkə üzrə dövlət qeydiyyatına düşməyən 1400-dən artıq abidənin reyestrə daxil edilməsi üçün ekspert şurası yaradılıb. 761 abidə barəsində artıq müvafiq rəylər toplanıb".

    O, sualları cavablandırarkən Bayırşəhərdəki tarixi abidələrin taleyi ilə bağlı muzakirələrə də aydınlıq gətirib. Fariz Hüseynlinin sözlərinə görə, Bayırşəhərdə 73 abidənin Qorunması ilə bağlı tədbirlər görülür.

    "Yaxın günlərdə 33 abidənin reyestrə daxil edilməsi üçün tədbir görülür. Həmin ərazidə ümumilikdə 106 abidə olacaq. Onların mühafizəsi üçün aidiyyəti qurumlar nəzarət edir. Ərazidə olan bütün tarixi abidələr qorunacaq", - o bildirib.

    Panel sessiyası müzakirələrlə davam edib.

    #Bakı Şəhər İcra Hakimiyyəti #Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi #Şəhərsalma və Memarlıq İli #İctimai proseslər media müstəvisində #Mətin Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

    2 May 2026 16:54

    Maliyyə Nazirliyinin Aparatına rəhbər təyinatı olub

    29 Aprel 2026 14:43

    AzerGold yeni xatirə sikkəsini təqdim edəcək

    8 Aprel 2026 15:20

    Eldar Əzizov Keşləyə getdi

    5 Aprel 2026 14:25

    Bakıda yağış səbəbindən təxliyə edilənlər hotellərə yerləşdirildi

    31 Mart 2026 17:57

    Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır

    28 Mart 2026 16:21

    Medianın İnkişafı Agentliyinin yeni nizamnaməsi hazırlanacaq

    10 Mart 2026 12:54

    Adil Əliyevə buna görə töhmət verilib

    17 Fevral 2026 15:07

    Bu icra başçısına töhmət verildi

    17 Fevral 2026 10:57

    Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib

    10 Fevral 2026 16:36

    Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - MEDİA

    27 Yanvar 2026 11:58

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib

    24 Dekabr 2025 20:00
    XƏBƏR LENTİ

    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

    Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

    Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

    Kurtulmuş: NATO ölkələrinin Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi embarqoları alyansın ruhuna ziddir

    Sinqapur Konvensiyasının məqsədi nədir?

    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

    iPhone 18 modelində operativ yaddaş gözləniləndən az olacaq

    Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

    Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.