Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

    25 Aprel 2026 17:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.

    VOA xəbər verir ki, festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində baş tutacaq. Ardınca tədbirlər 29 aprel tarixində Sumqayıtda, 30 aprel tarixində Qubada, 2 may tarixində Lənkəranda, 4 may tarixində Qəbələdə, 5 may tarixində Şəkidə, 6 may tarixində Mingəçevirdə, 8 may tarixində Gəncədə keçiriləcək və 10 may tarixində Xankəndidə yekunlaşacaq.

    Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən universitetlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Günün ikinci hissəsində isə açıq havada ictimai proqramlar keçiriləcək.

    Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

    Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir.

    #Gəncə #Mİngəçevir #Ümumdünya Şəhərsalma Forumu #Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Bakı Fəaliyyətə Çağırış" - WUF13-ün yekun sənədinin mətni dərc olunub

    22 May 2026 18:37

    Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

    21 May 2026 20:44

    Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

    21 May 2026 19:43

    Prezident İlham Əliyevin sosial media hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb

    18 May 2026 20:09

    Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

    18 May 2026 17:55

    Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib

    18 May 2026 16:56

    Bakıda WUF13-ün ikinci günü start götürür

    18 May 2026 09:29

    Sabah Bakıda WUF13 başlayır

    16 May 2026 12:19

    Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir

    14 May 2026 19:37

    WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

    13 May 2026 19:51

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində dövlət başçısının Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə əlaqədar görülən işlərlə tanışlığını əks etdirən kadrlar paylaşılıb

    12 May 2026 20:30

    Səudiyyə səfiri WUF13 forumundan danışıb

    12 May 2026 14:52
    XƏBƏR LENTİ

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    İrandan ABŞ-a cavab: İordaniyadakı F-35 bazası və Bəhreyndəki 5-ci Donanma vuruldu

    Helikopter qəzası hücum etmək üçün bəhanədir - İran

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    DÇ-2026-da boy fərqi 44 santimetrdən çoxdur: Turnirin ən uzun və ən qısa futbolçuları kimlərdir?

    Kütlələrin yeni seçimi: 2027 Rivian R2 elektrik krossoveri təqdim olundu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.