#Ümumdünya Şəhərsalma Forumu

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurlu təşkilinə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanın BMT ilə uzunmüddətli və uğurlu əməkdaşlığı, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq mükafatlara layiq görülməsi və müxtəlif ölkələrdə tətbiqi müzakirə olunub. Amina Mohammed tədbir iştirakçılarının sayının çoxluğunu və Bakının tarixi irs ilə müasir şəhərsalma harmoniyasını yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək WUF13 tədbiri ilə bağlı görülən hazırlıq və quruculuq işləri ilə tanışlığını əks etdirən görüntülər paylaşılıb. Kadrlarda ərazidə aparılan infrastruktur işləri, təşkilati hazırlıq prosesi və beynəlxalq tədbir üçün yaradılan şərait nümayiş olunur.