Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə 18 nəfər, Çıldıran kəndinə 2 ailə, 5 nəfər, Aşağı Oratağ kəndinə 9 ailə, 56 nəfər, Heyvalı kəndinə 3 ailə, 13 nəfər, Çapar kəndinə 2 ailə, 6 nəfər, Xocalının Daşbulaq kəndinə isə 1 ailə, 4 nəfər köçürülüb.
#Xocalı
Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib. Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.
Fevralın 25-i Azərbaycandakı dini konfessiyalar tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimləri keçirilib.
Brüsseldəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanları ehtiramla yad olunub
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə tədbirlər təşkil olunub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzlərinin təşəbbüsü ilə keçirilən tədbirlərdə Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımının beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan ağır cinayət kimi tarixə düşməsini vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Xocalıda müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunduğunu qeyd edib.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələr və soyqırımı cinayətlərinə son qoyulub. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumuna start verilib. Forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.